Yazın gəlişi ilə özümüzə ayıracaq zamanımız azalır. Məhz bu səbəbdən də şikayətlərimiz artır. "Good Housekeeping" jurnalının mart buraxılışında zamanlarının az olmasından şikayətlənən qadınlara bəzi tövsiyələrə yer verilib. Gündə 5, 10, 15 ya da 20 dəqiqə boş zamanınız olsa bəs edər. Bu qısa müddətə nələr edə biləcəyinizi sizə açıqlayaq:
Əgər 5 dəqiqəniz varsa...
İşdə özünüzü rahatlamaq üçün kifayətdir. Boynunuza orta barmaqlarınızla masaj edin. Özünüzü gərgin hiss etdiyiniz zaman bu bölgəyə masaj etmək çox faydalıdır. Əllərinizi başınızda gəzdirin. Saçlarınızı şampunla yuyursunuz kimi hərəkətlər edin. Bir dəqiqə ərzində qulaqlarınızı ovuşdurun. İstəsəniz, beş dəqiqəlik müddəti bədən fırçasıyla bədəninizi ovuşduraraq keçirə bilərsiniz.
Əgər 10 dəqiqəniz varsa...
Gözlərinizi istirahət etdirmək üçün xiyar maskası tətbiq edə bilərsiniz. Bu vaxt əllərinizin baxıma möhtac olduqlarını da unutmayın. Bu on dəqiqəlik müddət ərzində əllərinizə nəmləndirici və yumşaldıcı üz maskası tətbiq edə bilərsiniz. Yağ aradan qaldırıcı maskalardan əsla istifadə etməyin. Bunlar əllərin dərisini qurudur. Bəli, on dəqiqə ərzində gözlərinizə və əllərinizə qulluq edə bilərsiniz.
Əgər 15 dəqiqəniz varsa...
Bədənin bütün yükünü ayaqlar çəkir. Gün ərzində 15 dəqiqə boş qalsanız, ayaqlarınızı rahatlaşdırmağa çalışa bilərsiniz. Əvvəl ayaqlarınızı isti su dolu bir ləyənə salıb beş dəqiqə istirahət etdirin. Sonra ayaqlarınızı qurulayın və bir ayağınızı digərinin üzərinə qoyaraq ayağınıza kremlə masaj etməyə başlayın. Daha sonra digər ayağınızı edin. Ayaq barmaqlarınızın hər birini masaj edin.
Əgər 20 dəqiqəniz varsa...
Tək qalmaq, düşüncələrinizi qaydaya salmaq istəyirsinizsə, 20 dəqiqəlik boş zamanınızı vanna otağında keçirməlisiniz. Vannanı doldurub içinə girdiyiniz zaman özünüzü rahatlamış, cavanlaşmış və hətta gözəlləşmiş hiss edəcəksiniz. Vanna otağında sevdiyiniz, rahat bir musiqi də çox işinizə yarayacaq. İyirmi dəqiqə sonra duşdan çıxdıqda həyatı daha çox sevdiyinizin fərqində olacaqsınız.