Qadin.NET / Gözəlliyin sirri yediklərimizdədir

Gözəlliyin sirri yediklərimizdədir

"Gözəlliyin sirləri kremlərdən yox, mətbəxdən başlayır." Əslində bişirdikləriniz, yedikləriniz doğrudan da dərinizə təsir edir.

Bu il də özünüzlə maraqlanmaq, özünüzün qayğısına qalmaq üçün dietoloq Gizem Şeberin söylədiklərinə baxaq:

Gözəlliyin sirri yediklərimizdədir

Balıqdan daha çox  istifadə edin

Balıq sevsək də bəzən elə də tez-tez bununla qidalanmırıq ya evdə bişirməkdən qaçırıq, ya nizamlı şəkildə balıq yeməmək üçün bəhanələr axtarırıq. Lakin omeqa-3 yağ turşularının nizamlı alınmasının bədən ağırlığını qorumada və zəifləmədə təsirli olduğu bilinir. Həftədə 2-3 dəfə qızartma balıq yemək arıqlamağınıza və formada qalmanıza kömək edəcək.

Gözəlliyin sirri yediklərimizdədir

Səhər yeməyinizə ən azı 10 qram zülal daxil edin

Zülalın maddələr mübadiləsini sürətləndirdiyi bir həqiqətdir. Eyni zamanda əzələ" istehsalı", bədənin "təmir" edilməsi üçün də son dərəcə əhəmiyyətlidir. Səhər yeməyinizdə pendir, yumurta, qatıq, süd kimi keyfiyyətli zülal qaynaqlarından ən azı biri mütləq olmalıdır.

Gözəlliyin sirri yediklərimizdədir

Ara yeməklərini vərdiş halına gətirməyin

Maraqla yeyiləcək bir yemək üçün hər zaman vaxtınız olmalıdır. Bu, özünüzə verdiyiniz dəyəri hiss etmənizi təmin edəcək. Eyni zamanda nizamlı qidalanma qandakı şəkərinizin daha balanslı olmasını təmin edərək ani olaraq acımağı və şirin qida ehtiyacının qarşısını alar. 

Gözəlliyin sirri yediklərimizdədir

 4 yeni həyat tərzi qaydası

1. Sizi nələrin motivasiya etdiyini tapın

Sağlam qidalanmağı vərdiş halına gətirmək uzun nəfəsli bir "səfər" ola bilər. Bu səfərdə fasilə verməmək üçün özünüzü motivasiya etmənin yollarını tapın. Çöldəki təsirlərmi sizi daha çox motivasiya edir? O zaman yoldaşlarınızdan dəstək istəyin. Yoxsa siz özünüzü daha yaxşı motivasiya edirsiniz? Müvəffəqiyyətli hər həftə üçün özünüzə bir mükafat verin. 

Gözəlliyin sirri yediklərimizdədir

2. Uğura doğru addımlayın 

Toplam nə qədər kilo vermənizin lazım olduğunu tez-tez düşünməyin. Bu, motivasiyanızı poza bilər. Bunun yerinə özünüzə həftəlik və aylıq hədəflər təyin edin. 

Gözəlliyin sirri yediklərimizdədir

3. Özünüz üçün edin 

Sağlam qidalanmaq  əslində  özünüzə verdiyiniz dəyərin bir göstəricisidir. Tez-bazar yediyinizdə özünüzü ağır və kobud hiss edirsiniz, o zaman bunu özünüzə etməkdən imtina vaxtı gəldi.

Gözəlliyin sirri yediklərimizdədir

4. 30 dəqiqəni bədəninizə çox görməyin

Hər gün TV qarşısında, ictimai mediada boşuna keçirdiyiniz zamanları artıq özünüzə ayırma vaxtı gəlibdir. Gündə 30 dəqiqə imkanınız varsa, gəzintiyə olmasa belə əsnəmə hərəkətlərinə ayırın.  

24 fevral 2016
GO BACK