Hər qadın gözəl olmağın həsrətindədir. Buna isə əziyyət və vaxt lazımdır. Ev işləri, iş həyatı və uşaqlar həm fiziki, həm də mənəvi yorulmağımıza səbəb olur, xüsusən də dərimizə təsir edir. Uşağımıza gündəlik baxmaq çox əziyyətdir. Üstəlik bunun üçün vaxtımız da yoxdur. Halbuki bəlli bir norma içində edilən baxım, bizi bir yandan gözəlləşdirərkən bir yandan da özümüzü daha yaxşı hiss etməyimizi təmin edir. Özünüz üçün bir proqram hazırlamaq üçün məsləhətlərimizə diqqət edin.
09:00
Yatağınızdan qalxmadan qollarınızı və ayaqlarınızı yaxşıca açıb-bağlayın. Yatağınızdan qalxdıqdan sonra musiqi sədaları altında yerinizdə qaçın. Sinənizi və qollarınızı işlətmək üçün əlinizə iki ağır bir əşya alıb qollarınızı yuxarı-aşağı hərəkət etdirin.
09:30
Gözəl saçlar üçün 5 dəqiqə bəs edər.
Duş alarkən saç diblərinizə uyğun olan kremlərdən istifadə edin. Saç kremləri həm baxımlı saçlar, həm də saçlarınızın daha gözəl olmasına kömək edir. Xüsusilə nazik saçlar üçün hazırlanan, həcm verən kremlər vasitəsilə istədiyiniz saç növünü əldə edəcəksiniz.
09:45
Üz maskaları ən yaxın köməkçimizdir.
Səhərlər oyananda dərinizin quru və cansız olduğunu görürsünüz. Bunun üçün də tez-tez üz maskalarından istifadə edin. Dəri növünüzə uyğun qidalandırıcılara üstünlük verin. Bundan başqa, canlandırıcı üz maskalarından da istifadə edə bilərsiniz.
22:00
Üz vannası.
Yorğun bir gündən sonra dərinizin istirahət etməsinin ən gözəl yolu üz vannasıdır. Üz vannası üçün isti su dolu bir qaba bir ovuc gül yarpağı və bir damla gül yağı tökün. Üzünüzü qabın üstünə tutun və başınıza bir dəsmal örtüb 2 dəqiqə saxlayın, sonra gecə kreminizi çəkin.
22:15
Qaşlarınızı yatmazdan əvvəl alın.
Əslində qaşlarınızı almağın ən uyğun vaxtı günorta 14:00-dır. Çünki bu vaxt qaş alınarkən insana az ağrı verir. Amma siz yenə də axşam saatlarını seçin. Beləliklə dəriniz gecə boyunca dincəlir, şişi və qızartısı keçib gedir. Qaşlarınızı alandan sonra nəmləndirici kreminizi çəkməyi unutmayın.
22:30
Qırışlarla mübarizə zamanıdır.
Son araşdırmalara görə dərinin ən çox saat 22:00-dan sonra nəmə ehtiyacı olur. Buna görə də bu saatda üzünüzə və boynunuza qırışa qarşı olan kreminizi çəkin, 15 dəqiqə saxlayın. Həm də gözləriniz üçün də rahatlaşdırıcı bir maska istifadə edə bilərsiniz.
23:30
Gözəllik yuxusu üçün özünüzü masaj edin.
Çətin bir gün keçirmisiniz və boyun ağrısından əziyyət çəkirsinizsə, yaxşı bir masaja ehtiyacınız var. Bunun üçün boyun və kürəyinizə bir neçə damla lavanda yağı çəkib masaj edin. Masaj alətləri də özünüzü masaj eləməyi asanlaşdırar. Masajdan sonra 15 dəqiqə vannada uzanın. Suyun çox isti olmamasına diqqət edin, 37 dərəcə ən uyğun dərəcədir. Beləliklə, dəriniz dincələr və yatmazdan qabaq rahatlanmış olarsınız. İlıq bir duş da eyni rahatlaşdırıcı nəticəni verir. Yatmazdan qabaq bir stəkan ilıq süd içmək də daha rahat yatmağınıza kömək edəcək. Ümumiyyətlə yuxu problemi olanlar razyana çayından istifadə edə bilər...
Hər kəsə sağlam həyat tərzi arzu edirəm.