Həcmverici şampunlar
Həcm verən şampunlar saçın hər bir telinə təsir edir. Buna görə də belə şampunlardan istifadə edin.
Saçınız quruyan kimi sönürsə, növbəti yuduğunuz zaman bir kürsüyə oturun və saçlarınızı dizlərinizin üstünə tökün. Barmaqlarınızdan daraq kimi istifadə edərək saçınızı darayın və quruyana yaxın fendən istifadə edin. Saçlarınızı geriyə atdığınız zaman saçlarınızın ikiqat həcm qazandığını görəcəksiniz.
Köpükdən istifadə
Saçlarınızın həcmini artırmaq üçün köpükdən istifadə edə bilərsiniz. Belə köpüklərin geniş çeşidləri vardır.
Arxaya darama
Saçlarınızı bir az arxaya daramaq qısa müddətdə onlara həcm qazandıra bilər. Amma bu zaman saçlarınıza nə qədər ağırlıq saldığınızın fərqinə varın. Çünki saç telləriniz zərər görə bilər.
Tez həcm vermək üçün...
Uzun saçlara həcm vermək üçün onları dəsmal ilə qurulayın. Daha sonra saçlarınızı başınızın üstündə yığın və qalın bir rezin ilə bağlayın. Sonra saçınızı fenlə qurudun və daha sonra açın. Bu, saçlarınıza tez həcm verəcək.