Qadin.NET / Kələmlə gözəlləşək

Kələmlə gözəlləşək

1. Dərindən təmizləmə və quru dərinin qidalanması.

Suda bişmiş kələmi püre halına salın. 10-15 dəqiqə üzünüzdə saxlayın.

 

2. Pəhriz zamanı qəbizliyə son.

Pəhriz zamanı qəbizlik yaranır və bu da üzdə çoxlu civzə əmələ gəlməsinə səbəb olur. Bu problemi kələm yeməklə həll etmək olar.

 

3. Piqment ləkələr və  qırmızı  səpkilər əleyhinə.

Kağız salfeti təzə çəkilmiş kələm şirəsində isladıb, həftədə 3 dəfə 15-20 dəq üzə qoymaqla istənilən nəticəni alacaqsınız.

 

4. Sallaq, quru və qırışmış dəri üçün.

3-4 qat tənzifi  təzə çəkilmiş kələm şirəsində isladıb, üzə və dekolite hissəyə 10 -15 dəq maska edin. Tənzifi üzdən  çıxartdıqdan sonra dərini soyuq su ilə yuyub, nəmləndirici krem çəkin. Bunu həftədə 2-3 dəfə təkrarlayın nəticəni görəcəksiniz.

 

5. Yağlı dərini qurudaq.

Turşu kələmi püre halına gətirib, qalın qatla üzə çəkib üzərinə kağız salfet qoyub 30 dəq gözlədikdən sonra üzü nəm pambıqla silib,  krem çəkin. Nəticədə üz yumşaq və elastik olacaq. Bu maskanı həftədə 1 dəfə təkrarlamaq lazımdır.

 

6. Saçları tez uzadaq .

Başın dibinə kələm, ispanaq və limon şirələrindən ibarət qarışıq çəkib barmaqucları ilə masaj etməklə, saçların uzanmasını tezləşdirmək olar.

 

16 dekabr 2011
GO BACK