1. Gündə 8 saatdan çox hərəkətsiz qalmaq
Əgər gündə 8 saatdan çox hərəkətsiz qalmayın. Araşdırmalar uzun müddət hərəkətsiz oturan və idman etməyən insanıarın aktiv insanlara görə bioloji olaraq 8 yaş daha qoca olduğunu sübut edir. Həmçinin hərəkətsiz həyat tərzi bir çox sağlamlıq problemlərinə səbəb olur.
2. Böyük və ağır sırğalar istifadə etmək
Böyük və ağır sırğalar, qulağınıza ağırlıq edir. Bu ağırlıq qulaq formanızı pozur, dərinizin elastikliyini itirməyinə səbəb olur. "Qulağın forması pozulsa nə olar ki?" deyib keçməyin. Qulaqlar bədənimizin ən çox görünən yerlərindən biridir.
3. Tez-tez qırmızı ət yemək
Sizə heç qırmızı ət yeməyin demirik. Ancaq tez-tez qırmızı ət yemək və tərəvəzlə qidalanmamaq, bədəninizin daha sürətli qocalmasına səbəb olur. Əlavə olaraq tez-tez ət yemək, müxtəlif böyrək xəstəliklərinə səbəb olur.
4. Yaxın dostların olmaması
Araşdırmalar, asosial insanların sosial insanlara görə daha tez qocaldığını göstərir. Təklik ölüm riskini artıran ən əhəmiyyətli faktlardan biridir.
5. Tez-tez plastik qabda su içmək
Əgər stəkan əvəzinə plastik qabdan su içirsinizsə, bu yazıdan sonra bir daha içməyəcəksiniz. Mütəxəssislər, butulkanın dodaq ətrafında qırışlara səbəb olduğunu söyləyir.