Bədənin sağlamlığı yediklərinizdən asılıdır. Yanlış bəslənmə, daimi stress dəridə əsk olunur. Rəngi solmuş dəridə getdikcə incə qırışlar yaranmağa başlayır.
1. Avokado
Avokadonun tərkibinə dərinin nəmlənməsinə kömək edən bir çox faydalı yağ daxildir. Onu salatlara, sendviçlərə və hətta desertlərə əlavə edin.
2. Qara giləmeyvələr
Qarağat daha çox antioksidan ehtiva edir. Dərini sərbəst radikallardan effektiv şəkildə qoruyacaq. Yaxşı bir nəticə əldə etmək üçün hər gün 1/2 fincan qarağat yeyin.
3. Brokkoli
Brokkoli yaşlanma və iltihab əleyhinə olan ən faydalı bitkidir, tərkibində C və K vitaminləri, lif, müxtəlif antioksidanlar, folat, kalsium və lutein var. Həm çiy, həm də bişmiş formada istifadə edilə bilər.
4. Yaşıl çay
Yaşıl çaya dərini hiperpiqmentasiyadan qoruyan katexinlər və sərbəst radikallarla mübarizə aparan polifenollar daxildir. Hər gün 1 stəkan yaşıl çay için.
5. Somon balığı
Xüsusilə balıqda olan Omeqa-3 yağ turşuları dəri xərçəngi hüceyrələrinin yayılmasının və böyüməsinin qarşısını ala bilər. Həftədə 2-3 dəfə balıq yeməyə çalışın.
6. Batat
Dəri hüceyrələrinin yenilənməsinə kömək edən antioksidan və beta-karotendən ibarətdir.
7. Yulaf
Əgər mürəkkəb karbohidratları yeyirsinizsə, qanda şəkərin səviyyəsi çox yavaş qalxır. Və bu, həm dəri, həm də bədən quruluşunu qorumaq üçün çox faydalıdır.
Aytən Məftun (publika.az)