Qadin.NET / Ətir vurma sənəti

Ətir vurma sənəti

Ətir vurma sənəti

Ekspertlərə görə, ətirin ən ideal sürtülmə zamanı duş sonrasıdır. Sürətli qan dövranı səbəbindən bədən istiliyi, qoxunun dəriyə daha qalıcı bir şəkildə alınmasını təmin edir və aromanın dəyişməsinin qarşısını alır. Əl biləyinə sürtülən ətir isə ovuşdurmanın təsiriylə molekulları zərər gördüyü üçün qoxu funksiyasını itirir. Estee Lauderin ətir vurmaqla əlaqədar əfsanəvi bir üsulu var: qoxunu əvvəl havaya sıxırsız və daha sonra yaranan qoxu buludunun altında durun.
Qoxunun qalıcılığını uzadan ən ideal bədən bölgələri arasında gicgahlar, iki sinə arası və biləkdir. Bədənin bu ifadə olunan bölgələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir və bu bölgələrdə istilik daha yüksək olur. Bu da qoxunun bu bölgələrdə mükəmməl şəkildə bədənə hopmasını təmin edir. Qulaq arxasına qoxu sürmə vərdişini dərhal dəyişdirin! Çünki, bu bölgədə dəri daha çox yağ çıxarır, o da qoxuyla bir araya gəldikdə qoxusunun dəyişməsinə gətirib çıxarır.
Hamımızın ətirlərimizi sərgiləməyi ən sevdiyimiz yerlərdən biri vanna otağıdı. Ancaq bu işıqlıq, isti və nəmli mühit, ətirin ömürünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn: şkafda, ya da siyirtmədə saxlamaqdır. Hətta soyuducular, ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

Ətir vurma sənəti

Bir neçə fərqli qoxunun eyni anda istifadə edilməsi, yüngül bir uyğunzuluq yarada bilər. Başqa sözlə hər ətirin öz funksiyası var. Bununla əlaqədar olaraq zərər görər və ortaya pis qoxular da çıxa bilər. Ətirlərinizi qarışdıraraq istifadə etmək istəyirsinizsə, heç olmasa eyni qoxu ailəsindən olmalarına diqqət yetirin.
Bunun üçün əvvəldən mütləq duş alınmalıdır. Duş almaq ətir dəyişdirmək üçün lazım olan bir hərəkət deyil. Qoxular təxminən dörd saat içində funksiyalarının böyük qisimini itirdiklərindən, bu müddətdən etibarən başqa qoxu istifadə etmənizdə qorxu olmayacaq.
Ağır, oryantal qoxular xüsusi gecələrdə xoş olsada, bir iş yeməyi üçün çox tünd ola bilər. Başqa sözlə günə qədər erkən başlarsa, ətir də o qədər yüngül olmalıdır. Gecənin irəliləyən saatlarında isə daha ağır qoxular istifadə edə bilərsiniz.

Ətir vurma sənəti

Prinsip: bir ətirin spirt tərkibi nə qədər çoxdursa qalıcılığı da o qədər uzundur. Saf bir ətirin qoxu konsentrasiyası yüksəkdir, ancaq aşağı spirt nisbətinə sahib qoxuların ən geç altı ay içində istehlak edilməsi lazımdır. Eau da parfum və eau da toilette, spirt nisbəti sıx qoxular olduğundan üç ilə qədər saxlana bilər. Əgər ətirinizin qoxusu və rəngi dəyişmişsə, edəcəyiniz tək şey onu atmaqdır.
Ətirin qalıcılığı dərinin tipiylə yaxından əlaqəlidir. Quru cildlər qoxunun aromatik tərkibini yağlı cildlər qədər yaxşı mühafizə edə bilməz. Buna görə ətir sınayarkən, dərinizin kiçik bir bölgəsinə yüngül yağlı və qoxusuz bədən losyonu sürüb ətiri bunun üzərinə sıxın.

Ətir vurma sənəti

Bir ətir almağın ən doğru zamanı səhər saatlarıdır. O müddətdə hələ qoxu hiss etmə duyğusu oyanıq olur və gündəlik qoxular hələ havaya qarışmır. Belə ki, yalnız üç iyləməndən sonra fərqi ayırt etməkdə çətinlik çəkilir. Buna görə ekspertlər qoxu duyğunuzu təmizləmənin ən yaxşı yolunun təzə bir qəhvəylə mümkün ola biləcəyini ifadə edir. Qəhvə aroması digər bütün qoxuları yox edir və sonrakı seçiminiz üçün sizə yenidən fürsət yaradır. Sınadığınız ətiri əl biləyinizin içində deyil, eyni zamanda yanınızda daşıya biləcəyiniz sınaq çubuqlarından iyləyin. Beləliklə, aralarından seçki edə bilmədiyiniz fərqli qoxuları evdə yenidən test etmə imkanı tapa bilərsiniz.

13 avqust 2013
GO BACK