Qadin.NET / Sağlam ayaqlar üçün baxım

Sağlam ayaqlar üçün baxım

 

 

Baxım günlük edilməlidir

Ayaqda dermatoloji problem varsa, hər gün ayaqlar kremlə nəmləndirilməlidir. Ölü dərini təmizləmək üçün ayaqlar ilıq suda 10-15 dəqiqə qaldıqdan sonra pilinq edilməlidir.

Sağlam ayaqlar üçün baxım

Şəxsi məhsullar istifadə edilməli

Ayaq baxımı edərkən mütləq şəxsi məhsullardan istifadə edilməlidir. Başqalarına aid dırnaq setləri və alətləri istifadə edilməməlidir. İstifadə edilən alət təmiz olmalıdır. 

 

Ayaqqabı seçimi düzgün seçilməlidir

Ayağı narahat edən və formasını pozan ayaqqabı modellərindən uzaq durun. Bu tərz ayaqqabılar ayağın formasına zərər verdiyi kimi, bir müddət sonra sağlamlıq problemlərinə də yol açır. Ayaqqabı ayaq barmaqlarına yandan və üstdən sıxmayan, ortopedik olan ayaqqabılar geyinmək lazımdır.

Sağlam ayaqlar üçün baxım

Ayaqqabı 24 saat aralıqla geyilməli

Ayaq qoxusuna mane olmaq üçün davamlı duş və duşdan sonra ayaq barmaqlarının aralarına kağız dəsmal ilə qurulamalı, eyni ayaqqabı ən tez 24 saat aralıqla geyinməlisiniz.

 

Ayaqlara masaj edilməli

Ayaq masajı qan dövranıı sürətləndirir. Gün ərzində yorulan və şişən ayaqlara barmaqlardan başlayaraq ayaq biləklərinə, hətta dizlərə qədər masaj edilməli. 

Sağlam ayaqlar üçün baxım

Ayda bir dəfə pedikürə getməli

Ayda 1 dəfə ayaq sağlamlığı mərkəzinə getməli, ayağa pedikür etdirməli. Şəxsi dırnaq baxımı alətlərindən istifadə edilməlidir. 

Sağlam ayaqlar üçün baxım

Ayaq baxımı müayinəsi

Ayaqlarda dermatoloji problem varsa, mütləq mütəxəssisə müraciət edib müalicə olunmaq lazımdır. 

 

30 noyabr 2018
GO BACK