Düz dayan, yaxşı görün
Düz dayansanız, olduğunuzdan daha gözəl görünərsiniz.
Düz dayanmada çətinlik çəkirsinizsə
Nizamlı idman edin. Onurğa əyriliyini iləriləyən yaşlarda düzəltmək çətindir, buna görə də uşaqların kiçik yaşlarda idmanla məşğul olması lazımdır. İdman, əzələləri gücləndirdiyi üçün düz dayanmağı təmin edir. Ancaq uşaqlıq dövründə edilməsi lazım olan, idman ilə sərhədli deyil. Xüsusilə məktəb dövründə ağır çantaların daşınmaması, kürəyə ya da əldə daşınan çantaların yerinə təkərli çantalara üstünlük verilməsi daha yaxşıdır.
Düz dayanmağı öyrənin
Düz dayanmaq, vərdiş halına salına bilir. Ancaq bunun üçün, müəyyən vaxtda başqalarının xəbərdarlıq etməsi lazım olur. Xüsusilə uşaqların yaşadığı şəraitlərinin boy və bədən quruluşlarına görə olması əhəmiyyətlidir. Uşaqlar dərs oxuyarkən ya da televizor izləyərkən oturmaqda çətinlik çəkirlərsə, onlara hər an xəbərdarlıq edilməlidir.
İşləyərkən eyni formada uzun müddət qalmayın
Düz dayana bilməməyin təməlində ofisdə, masa və kompyuter arxasında keçirilən uzun saatlar dayanır. İşləyərkən masa və stulun insanın bədən formasına uyğun olması şərtdir. Əgər stulun qolu olsa oturmaq daha rahat olar.
Dincəlməyə vaxt ayırın
Bədən gücü ilə işləyənlər üçün düz dayanma probleminin düzəldilməsi çox əhəmiyyətlidir. Çünki uzun müddətli problemlər, ağrılara yol aça bilir. Məsələn, ağır yük daşıyan insanların nizamlı şəkildə idmanla məşğul olmaları mümükün olmaya bilər, bu səbəblə sağlam dayanmaq üçün bəzi nizamlamalar etmələri lazımdır. İş bitdikdən sonra oturaraq dincəlmək yerinə uzanmağa üstünlük verə bilərlər.