Qadin.NET / Qışda bədənə qulluq qaydaları

Qışda bədənə qulluq qaydaları

Qışda bədənə qulluq qaydaları

  Soyuqlar düşəndə bədən quruluşu isti geyimlərin altında görünməz olur. Odur ki, bəzi qadınlar ilin soyuq fəslində bədənə qulluq etməyi unudub, yalnız üz və əlləri ilə məşğul olurlar.  Amma bu düzgün deyil, çünki qış fəsli bədən dərisinə təsirsiz ötüşmür.

                  Lazımi qədər qulluq etmədikdə, ilk növbədə dəridə vitamin çatışmazlığı özünü biruzə verir: quruluq, qızartılar, sızanaqlar və s.  Belə xoşagəlməz hallar dərini zərif və cəlbedici  etmir,hətta qocalmanı sürətləndirir. Yayda günəşdən qorunmaq lazım olsa da soyuqlar düşəndən sonra bir yerdən başqa yerə, məsələn, evdən mağazaya getmək, daha da çətinləşir və özümüzü daha çox qorumaq lazım gəlir.Dəriyə ən pis təsir edən aşağıdakılardır: 

-Batareyaların qurutduğu hava 

- Avitaminoz (qışda təxminən 3 dəfə az meyvə və tərəvəz yeyirik); 

-Geyim (isti geyimlərin  materialı nazik yay parçalarından daha kobud olur,odur ki, dəridə qıcıqlanma yarada bilir).

 

            Bütün bunlar mənfi  təsir göstərməsin deyə, ən azı həftədə 5-6 dəfə duşdan sonra bədən üçün gellərdən (losyon,süd və kremlər) istifadə edin - bunlar qidalandırıcı  və yumşaldıcı təsirə malikdir. Aldığınız vasitələrin tərkibində vitaminlər, xüsusilə  A vitamini olmalıdır (bu, vitamin çatışmadıqda dəri elastikliyini itirir), B və E vitamini (hüceyrələrin qocalmasını ləngidir və onların yenilənməsinə şərait yaradır) olması vacibdir. Bundan başqa, onların tərkibində aşağıdakı ekstrakt və yağların olması faydalıdır:


Avokado yağı - müxtəlif soyuqdəymələrin və sızanaqların sayını azaltmaqla dərinin müdafiə funksiyasını aktivləşdirir. 

Fındıq yağı - dərinin cavanlaşmasına imkan yaradır, sellülit əleyhinə yaxşı vasitədir.

Badam yağı - hüceyrələrin bərpa olunması, xırda çatların sağalması prosesini gücləndirir, quru dəri üçün yararlıdır.

 Limonun efir yağıdərinin rəngini yaxşılaşdırır, ona təravətli effekt verir.

26 fevral 2013
GO BACK