Stilist, dizayner Maks Qor payızda aktual olacaq tendensiyalardan danışıb. Onun sözlərinə görə, sentyabrın ilk günlərinin gəlməsi ilə qismən qarderob dəyişikliyinə diqqət yetirməyə dəyər.
Stilist gözlənilməz dəb yeniliklərinin olmayacağını bildirib.
“Bu payız zərif və təsadüfi seçilmiş obrazları sevənləri sevindirəcək, ancaq izdihamdan fərqlənmək üçün çalışmalı olacaqsınız. Çiyinləri vurğulayan paltolar, gödəkçələr və bomber üst geyimləri dəbdə olacaq. Payızın əsas tendensiyası bohem stilidir. Stil nə qədər orijinaldırsa, bir o qədər maraqlıdır.
Şkafdakı dəri əşyaları gizlətdiyiniz yerdən çıxarın, onları yenidən canlandırmaq vaxtı gəlib. Sentyabr “motosiklet geyim mədəniyyəti”ni xatırladacaq. Xüsusilə kobud dəri çəkmələr xanımları daha güclü göstərəcək. Belə detallar onlara öz gözəlliklərini vurğulamağa kömək edəcək. Dəri gödəkçə, dəri şalvar və şortları məmnuniyyətlə geyin. Obrazlarınızı böyük aksessuarlar, pərçimlər ilə birləşdirin.
Qurama tərzi az populyar olacaq. Parça və dəri qırıntılarını bir-birinə tikmək, müxtəlif toxumaları və rəngləri özündə birləşdirmək texnikası təkcə paltarlarda deyil, həm də makiyajda aktual olacaq.
Makiyajda sınaqlardan çəkinməyin. Gözünüzə çəkdiyiniz oxlar mavi, ənliksə narıncı ola bilər. Dodaq boyasını qırmızıdan nyud rənglərə qədər seçə bilərsiniz.
Ancaq saç düzümlərində sadəlik bu payızın əsas trendidir, mürəkkəb rəngləmə və üslublar deyil, təbii tonlar populyardır. Təbii olun və unutmayın ki, mövsümün əsas trendi səmimiyyət və insanlara olan məhəbbətdir”, - Maks Qor “Beşinci kanal”a verdiyi müsahibədə qeyd edib.
Aytən Məftun (publika.az)