Qadin.NET / Vera Vangdan ən məşhur gəlinliklər

Vera Vangdan ən məşhur gəlinliklər

Məşhur amerikan modelyer Vera Vanq iyunun 27-də özünün 65 yaşını qeyd etdi. Onun adı dəbdəbəli toyların gəlinliklərini hazırlamaqla məşhurlaşıb. Onun gəlinliklərini geyinmək hər bir qızın arzusudur.

Vera Vanq 1949-cu ildə Nyu-Yorkda anadan olub. Düzdür, onun artıq 65 yaşı var, lakin fəal həyat tərzi və fiqurlu konkisürmə ilə məşğul olması onu yaşından daha gənc görünməsinə səbəb olub. Müsabiqələrdə daim 1-ci yer tutmasına baxmayaraq, peşəkar idmandan tez ayrılıb və 16 il "Vogue" jurnalında redaktor işləyib. 1985-ci ildə jurnaldan ayrılaraq 2 il "Ralph Louren" şirkətində dizayn şöbəsinin müdiri işləyib. 1989-cu ildən bütün nişanlı qızların xəyal etdiyi gəlinlikləri hazırlayaraq öz biznesini qurub.

 

 Gəlinlik modelləri işləyib hazırlama ideyası onda biznesmen Artur Bekkerə ərə getməyə hazılaşan zaman yaranıb. O, ən məşhur dizaynerlərin gəlinliklərini bəyənmir və öz gəlinliyini hazılayan zaman müxtəlif eskizlər də yaratmağa başlayır. O gündən bəri onun gəlinliklərini məşhurlar öz toylarında geyinməyə başladılar.

Viktoriya Bekhem 

 

 Cəmi 29 qonağın iştirak etdiyi Devid Bekhem və Viktoriya Adamsın toy mərasimində xüsusi eskizlərlə hazırlanmış kölgəli atlas gəlinlik gələn qonaqları heyrətləndirmişdi. Planetin ən məşhur cütlüyünün toyu 1999-cu ildə irlandlılara məxsus Lutterlloun sarayında keçirilmişdi. Toy iştirakçılarının yaddaşına Viktoriyanın 6.5 metr uzunluğu olan atlas şleyfi həkk olunub. Belə ki, Vera Vang Bekhemlərin toyundan sonra Antonio Beraredidən bənövşəyi kölgələrlə paltar və frak sifarişi aldı.

Cennifer Lopez

 

2004-cü ildə Cennefer Lopez gələcək həyat yoldaşı olacaq Mark Antoniyə öz sədaqət andını içən zaman onun əynində Vera Vangın kaskadlı krem rəngli gəlinliyi var idi. Bu gəlinlik Neil Lanenin 7 milyon dollarlıq zərif almaz və brilyantlarları ilə bəzədilmişdi.

Hilari Daff

 O, Mayk Komriye ilə toy mərasimində Vera Vanga məxsus bədənə tam oturan krem rəngli gəlinliklə əsl şahzadə kimi görünürdü.  Uğurlu "Su pərisi silueti" forması, valanlı şleyf və hündür saç düzümü möhtəşəm harmoniya təşkil edirdi. Aktrisa öz obrazından o dərəcədə razı idi ki, həmin gün bir neçə möhtəşəm şəkillərini öz veb-səhifəsində yerləşdirdi.
Çelsi Klinton

 ABŞ-ın eks-prezidentinin qızı  2010-cu ilin avqustunda keçirilən toyu üçün Vera Vanga 2 paltar hazırlatmışdı. Kilsəyə fil sümüyü rəngli qolsuz, ətəyi orqanza, belində gümüşü və güpürlü kəməri olan eleqant gəlinliklə daxil oldu. Yemək zamanı isə yunan ilahələrinin geyimini xatırladan kürəyi xaçlı tül gəlinlik seçmişdi.

İvanka Trump
 

2009-cu ildə Vera Vang İvankanın xahişi ilə Qreys Kellinin gəlinliyindən ilham alaraq möhtəşəm bir libas ərsəyə gətirmişdi. "Güpürlü qollar gəlinliyə ciddi və eleqant görünüş verir" - deyə dizayner özü bu gəlinliyi belə xarakterizə edir.

Avril Lavin
Kanadalı müğənni 2006-cı ildə musiqiçi Derik Uiblə toy mərasimində Vera Vangın zərif bəyaz gəlinliyini geyinib. Gəlinin rəfiqələrinin çəhray krep libasları da Veraya məxsus olub. Baxmayaraq ki, Lavin və Uiblin izdivacı cəmi 3 il davam etdi, onun Vera Vanga mənsub gəlinliyi tarix boyu yadda qalacaq.
 
Vera Vangdan ən məşhur gəlinliklər

Vera Vangdan olan gəlinliklər sadə olduları qədər də dəyərlidir.
 
Vera Vangdan ən məşhur gəlinliklər

Paltarların qiyməti 2000 dollardan yüksəkdir.
 
Vera Vangdan ən məşhur gəlinliklər

Bu nümunələr "Hər şey toy üçün" kolleksiyasındandır. 

 

27 mart 2016
GO BACK