Qadin.NET / Xəz-dəri geyimləri - dünən və bu gün

Xəz-dəri geyimləri - dünən və bu gün

Xəz-dəri bəlkə də ən qədim geyim növlərindəndir. Heyvanların dərisindən hələ 100000 il bundan əvvəl Avropada daş dövrünün insanları geyim kimi istifadə etmişlər. Qədim yunanlar və romalılar demək olar ki, xəzdən istifadə etmirdilər. Xəz-dərilər bura yalnız avropalılar bu torpaqları fəth etdikdən sonra daxil oldu. Orta əsrlərdə xəz-dəriləri yalnız zadəganlar və zəngin insanlar geyinirdi. Ən bahalı xəzlər dələ və qaqum xəzi hesab olunurdu.

Kürklərin dəb dünyasına daxil olması XVI əsrdən başladı. Məhz bu dövrdən başlayaraq ölkələr arasında ticarət əlaqələri genişləndi və kürklər də  qızıl, ədviyyat kimi bahalı mallar sırasına daxil oldu. Bu dövrdə kürkü ancaq kişilər geyinirdi. Lakin XIX əsrdən etibarən xəz sosial statusun və yaşın indikatoru rolunu oynamağa başladı. Onu xüsusi dəqiqliklə seçir və xüsusi mərasimlərdə geyinirdilər.

Xəz-dəri geyimləri - dünən və bu gün

" Anteya Parmugianino" XVI əsr

Xəz-dəri geyimləri - dünən və bu gün

XVIII əsr xəz-dəri geyimi

Artıq XIX əsrdən xəzlər modelyerlərin maraq obyekti oldu. 1900-cü ilin əvvəllərində Janna Paken və Paul Puare öz kolleksiyalarda nəinki dəri əlavələri, həmçinin bütünlüklə xəz-dəri geyimləri hazırlamağa başladılar. Janna Pakenin təklifi ilə xəzlər elə işlənib hazırlanmağa başladı ki, ona toxunmaq xoş təsir bağışlasın. Yəni o daha yumuşaq olsun və xanımları valeh etsin. 1917-ci ilə  Paul Puare palto və pencəklərin yaxalığını və qollarını xəzlə işləməyə başladı. O zaman bu yeniliklər Fransız moda dünyasına başqa bir ab-hava qatmış oldu və tez bir zamanda bütün planetə yayıldı. 

1900-cü illərdə "Xəz-dəri paltarlar" moda dünyasında çox böyük bir "partlayışa" səbəb oldu. Bu maşın istehsalı ilə bağlı olan bir hal idi. Çünki bu zaman hazırlanan maşınlar üstü açıq idi və ondan istifadə zamanı mütləq isti geyim lazım gəlirdi. Bu illərdə yenot xəzindən hazırlanan kürkləri həm xanımlar, həm də kişilər geyinirdi. Lakin 30-cu illərdən başlayaraq bu xəzlərin satış faizi aşağı düşdü.

Xəz-dəri geyimləri - dünən və bu gün

1900-cü illərin xəz-dəri eskizləri

Janna Paken - fransa moda dünyasına yeni ruh qatan modelyerlərdən biri kimi tanındı. O, qadın xəz-dəri geyimlərinə özünəməxsus ideyalar əlavə etmişdir.

Xəz-dəri geyimləri - dünən və bu gün
1918-ci il xəzli boyunluqlar

Hollivud dəbi və yeni texnalogiyalar

1920-ci ildən sonra xəzlər elə bir forma aldı ki, indiki zamanda da hər kəs ondan rahatlıqla istifadə edə bilir; bədən boyu uzun palto üzərində şaquli xəz, geniş yaxalıqlı və genişlənmiş qollu xəzlər və s. 60-cı illərə kimi bu formalar məşhurluğun pik nöqtəsində idi. Lakin xəzlər dəyişirdi. 1930-cu ildə yenotu tülkü dərisi əvəz etdi. Hollivudun dəb ikonaları hesab olunan Mae West  və Lily Damitain uzun xovlu və yumşaq xəzlərə üstünlük verirdilər. Müharibə dövründə dünyanın iqtisadi vəziyyətinin gərginləşməsi ilə əlaqədar olaraq bütün iqtisadi sahələrdə olduğu kimi xəz-dəri ticarətində durğunluq oldu. Amma bu, çox davam etmədi. Çox keçmir ki, xəz ticarəti yenidən dövr etməyə başlayır. Xəz geyimlər istehsal edən firmalar artıq orta təbəqə nümayəndələri üçün də kürklər hazırlamağa başladılar. Doğrudur, müharibədən çıxmış bir xalq nümayəndələri üçün kürklər hələ də əl çatmaz olsa də, hər bir xanım öz bəyindən gözəl hədiyyə kimi məhz xəz gözləyirdi.

Xəz sonrakı illərdə də ən dəbdəbəli üst geyimi olaraq mövqeyini möhkəmlətməkdə davam edirdi. Stilislər xəzlər üzərində aktiv işləyir, onu rəngləyir, bəzəyir, dəri və parça, toxunma, saçaq əlavələri edirdilər. 80-cı illərdə ABŞ və Qərbi Avropada xəz dərili heyvanlardan istifadənin normaları qəbul edildikdən sonra istehsalçılar süni xəz hazırlamağa başladılar.

Xəz-dəri geyimləri - dünən və bu gün
40-cı illərin xəzi-dəri geyimi
Xəz-dəri geyimləri - dünən və bu gün
50-ci illərin xəz-dəri geyimi

Həm radio və televizyada, həm də qəzet və jurnallarda təbii xəzlərin əleyhinə  proqramlar hazırlanır, məqalələr dərc olunurdu. Heyvanların qorunmasına dair dövlət proqramları hazırlanırdı. Çox təəssuf ki, hələ də köhnə düşüncəli insanlar qamaqdadır. Onların fikirincə, "bu dünyanın insanı heyvanın əti ilə qidalanmalı, xəzindən və dərisindən ayaqqabı və paltar geyinməlidir". Moda dünyasının insanları" hələ də təbii xəzlərdən imtina edə bilmirlər. Bəs onların ürəyi yoxdurmu? Bir kürkün alınması üçün neçə heyvan dərisindən istifadə olunduğu onları heç düşündürmür? Bütün bunları hər bir təbiəti sevən insan düşünməlidir. Hər kəs xəz-dəri geyimə sahib olmaq istəyir. Bir halda ki, onun sünisini hazırlamaq mümkündür, niyə də ondan istifadə olunmasın?

Xəz-dəri geyimləri - dünən və bu gün
Xəz-dəri geyimləri - dünən və bu gün

Keyt Moss - britaniyalı model və aktrisa

Xəz-dəri geyimləri - dünən və bu gün

Anna Vintur - "Vogue" jurnalının baş redaktoru

Xəz-dəri geyimləri - dünən və bu gün

Müasir dövrümüzdə məhşur brendlerin təklif etdiyi xəz-dəri nümunələri

24 fevral 2014
GO BACK