Xəz-dəri bəlkə də ən qədim geyim növlərindəndir. Heyvanların dərisindən hələ 100000 il bundan əvvəl Avropada daş dövrünün insanları geyim kimi istifadə etmişlər. Qədim yunanlar və romalılar demək olar ki, xəzdən istifadə etmirdilər. Xəz-dərilər bura yalnız avropalılar bu torpaqları fəth etdikdən sonra daxil oldu. Orta əsrlərdə xəz-dəriləri yalnız zadəganlar və zəngin insanlar geyinirdi. Ən bahalı xəzlər dələ və qaqum xəzi hesab olunurdu.
Kürklərin dəb dünyasına daxil olması XVI əsrdən başladı. Məhz bu dövrdən başlayaraq ölkələr arasında ticarət əlaqələri genişləndi və kürklər də qızıl, ədviyyat kimi bahalı mallar sırasına daxil oldu. Bu dövrdə kürkü ancaq kişilər geyinirdi. Lakin XIX əsrdən etibarən xəz sosial statusun və yaşın indikatoru rolunu oynamağa başladı. Onu xüsusi dəqiqliklə seçir və xüsusi mərasimlərdə geyinirdilər.
" Anteya Parmugianino" XVI əsr
XVIII əsr xəz-dəri geyimi
Artıq XIX əsrdən xəzlər modelyerlərin maraq obyekti oldu. 1900-cü ilin əvvəllərində Janna Paken və Paul Puare öz kolleksiyalarda nəinki dəri əlavələri, həmçinin bütünlüklə xəz-dəri geyimləri hazırlamağa başladılar. Janna Pakenin təklifi ilə xəzlər elə işlənib hazırlanmağa başladı ki, ona toxunmaq xoş təsir bağışlasın. Yəni o daha yumuşaq olsun və xanımları valeh etsin. 1917-ci ilə Paul Puare palto və pencəklərin yaxalığını və qollarını xəzlə işləməyə başladı. O zaman bu yeniliklər Fransız moda dünyasına başqa bir ab-hava qatmış oldu və tez bir zamanda bütün planetə yayıldı.
1900-cü illərdə "Xəz-dəri paltarlar" moda dünyasında çox böyük bir "partlayışa" səbəb oldu. Bu maşın istehsalı ilə bağlı olan bir hal idi. Çünki bu zaman hazırlanan maşınlar üstü açıq idi və ondan istifadə zamanı mütləq isti geyim lazım gəlirdi. Bu illərdə yenot xəzindən hazırlanan kürkləri həm xanımlar, həm də kişilər geyinirdi. Lakin 30-cu illərdən başlayaraq bu xəzlərin satış faizi aşağı düşdü.
1900-cü illərin xəz-dəri eskizləri
Janna Paken - fransa moda dünyasına yeni ruh qatan modelyerlərdən biri kimi tanındı. O, qadın xəz-dəri geyimlərinə özünəməxsus ideyalar əlavə etmişdir.
Hollivud dəbi və yeni texnalogiyalar
1920-ci ildən sonra xəzlər elə bir forma aldı ki, indiki zamanda da hər kəs ondan rahatlıqla istifadə edə bilir; bədən boyu uzun palto üzərində şaquli xəz, geniş yaxalıqlı və genişlənmiş qollu xəzlər və s. 60-cı illərə kimi bu formalar məşhurluğun pik nöqtəsində idi. Lakin xəzlər dəyişirdi. 1930-cu ildə yenotu tülkü dərisi əvəz etdi. Hollivudun dəb ikonaları hesab olunan Mae West və Lily Damitain uzun xovlu və yumşaq xəzlərə üstünlük verirdilər. Müharibə dövründə dünyanın iqtisadi vəziyyətinin gərginləşməsi ilə əlaqədar olaraq bütün iqtisadi sahələrdə olduğu kimi xəz-dəri ticarətində durğunluq oldu. Amma bu, çox davam etmədi. Çox keçmir ki, xəz ticarəti yenidən dövr etməyə başlayır. Xəz geyimlər istehsal edən firmalar artıq orta təbəqə nümayəndələri üçün də kürklər hazırlamağa başladılar. Doğrudur, müharibədən çıxmış bir xalq nümayəndələri üçün kürklər hələ də əl çatmaz olsa də, hər bir xanım öz bəyindən gözəl hədiyyə kimi məhz xəz gözləyirdi.
Xəz sonrakı illərdə də ən dəbdəbəli üst geyimi olaraq mövqeyini möhkəmlətməkdə davam edirdi. Stilislər xəzlər üzərində aktiv işləyir, onu rəngləyir, bəzəyir, dəri və parça, toxunma, saçaq əlavələri edirdilər. 80-cı illərdə ABŞ və Qərbi Avropada xəz dərili heyvanlardan istifadənin normaları qəbul edildikdən sonra istehsalçılar süni xəz hazırlamağa başladılar.
Həm radio və televizyada, həm də qəzet və jurnallarda təbii xəzlərin əleyhinə proqramlar hazırlanır, məqalələr dərc olunurdu. Heyvanların qorunmasına dair dövlət proqramları hazırlanırdı. Çox təəssuf ki, hələ də köhnə düşüncəli insanlar qamaqdadır. Onların fikirincə, "bu dünyanın insanı heyvanın əti ilə qidalanmalı, xəzindən və dərisindən ayaqqabı və paltar geyinməlidir". Moda dünyasının insanları" hələ də təbii xəzlərdən imtina edə bilmirlər. Bəs onların ürəyi yoxdurmu? Bir kürkün alınması üçün neçə heyvan dərisindən istifadə olunduğu onları heç düşündürmür? Bütün bunları hər bir təbiəti sevən insan düşünməlidir. Hər kəs xəz-dəri geyimə sahib olmaq istəyir. Bir halda ki, onun sünisini hazırlamaq mümkündür, niyə də ondan istifadə olunmasın?
Keyt Moss - britaniyalı model və aktrisa
Anna Vintur - "Vogue" jurnalının baş redaktoru
Müasir dövrümüzdə məhşur brendlerin təklif etdiyi xəz-dəri nümunələri
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR