Qadınlar bilir ki, gözəl bir dikdaban ayaqqabı ətrafındakı insanların ona baxışında ciddi dəyişikliklər yaradır. Bu zaman qadın özünü daha gözəl, cazibədar və güclü hiss edir, özünə etibarı artır. Halbuki, bu, bir paradoksdur. Çünki qadınları xoşbəxt edən dikdaban ayaqqabılar çox zaman əziyyət çəkmələrinə səbəb olur. Günün sonunda ağrıyan ayaqlarla gəzməkdə çətinlik çəkən qadınlar dikdaban ayaqqabı geymənin gözəl, amma zərərli bir şey olduğu qənaətinə gəlirlər.
Halbuki, işin sirlərini öyrəndikdə şüur altında "xoşbəxtlik verən acı" "xoşbəxtlik verən kefə" çevrilir. Üstəlik, doğru seçilmiş dikdaban ayaqqabı bütün ayaq əzələlərinin işinə kömək edir.
Aldığınız ayaqqabının materialına və keyfiyyətinə diqqət yetirin. Ayaqqabının iç qisminin çox sürüşkən və sərt olmaması lazımdır. Bundan əlavə, ayağınızın təbii quruluşuyla uyğunlaşmasına xüsusi diqqət edin. Ayaqqabının uzunluğu və eni ayağınızla mütənasib olmalıdır.
Axşam saatlarında ayaqqabı almağa çalışın. Çünki axşam vaxtı günün yorğunluğunu daşıyan ayaqlar hansı ayaqqabıda rahat olacağını daha yaxşı seçər. Ayaq nömrənizi yaşınız ötdükcə yoxlayın. Ayaqqabınızı ayaqüstə yoxlayın. Ayrıca, ayaqqabının hər iki tayını ayağınıza geyinib yoxlayın, çünki hər iki ayağın ölçüləri eyni olmaya bilər.
Ayaqqabını yoxlayarkən yüksək daban səbəbiylə ayağınızın nə qədər önə sürüşdüyünə diqqət yetirin. Əgər ayaqqabını geyindiyiniz zaman topuğunuzun arxasında işarə barmağınızın rahatlıqla sığacağı qədər boşluq qalırsa, deməli, ayağınız çox önə sürüşüb və ayaqqabı ayağınıza uyğun deyil.
Barmaqları açıq ayaqqabı seçin
Ayaq dabanınızda ağrı varsa, ayaqqabınızın içinə ortopedik əsaslı altlıq yerləşdirin və ya dikdaban ayaqqabılarla ayaqüstə uzun müddət dayanırsınızsa, ayaqqabının ön tərəfində silikon materiallı yastıqçalardan istifadə edin. Hər gün fərqli hündürlükdə dikdaban ayaqqabı geyilməsi də ağrılarınızın azalmasına səbəb olar.
Geniş dabanlı ayaqqabılar seçin
Hər gün eyni ayaqqabını geyinməyin, mütləq bir gün ara verin. Qoruyucu ayaq vəsaitlərindən istifadə edin. Dırnaqlarınızı tam kəsin və çox uzatmayın, kənarlarını yuvarlamayın. Ayaqlarınıza mütləq tam uyğun gələn ayaqqabı geyinin. Ayaqqabının ayağınıza zamanla oturmağını gözləməyin. Ayaqqabılar geydiyiniz andan etibarən ayağınıza rahat olmalıdır.
Astar istifadə edilməyən ayaqqabılar daha rahat və yumşaq olur. Ancaq bəzən ayağınıza bir neçə dəfə geyindiyinizdə rəngi çıxa bilər. Ancaq narahatlığa səbəb yoxdur, bu rəng qısa bir zamanda keçib gedir. Geniş dabanlı ayaqqabılar seçməyə diqqət edin.