Qadin.NET / Fədakar "Ceyms Bond"

Fədakar "Ceyms Bond"

 

 

Fədakar "Ceyms Bond"

2002-ci ildə baş rolunda Pirs Brosnanın çəkildiyi "Evelyn" filmi gerçək bir hadisədən bəhs edir - 1953-cü ildə uşaqlarını almaq üçün, uşaqlarına duyduğu sonsuz sevgi ilə İrlandiya konstitusiyasında dəyişiklik edən adam Dezmond Doyldan. Film nə qədər Doyla aiddirsə bir o qədər də Brosnana aiddir. O da 3 övladı ilə tənha qalmış ata idi.

 

Bütün dünyanın yenilməz Ceyms Bond kimi tanıdığı yaraşıqlı irlandın arxasında kədərli və bir o qədər güclü bir hekayə var. Brosnan ana və atası ilə güclü bağlara sahib deyildi. Atası onları atmışdı, anası isə həmişə işləyirdi. Ailə qayğısından uzaq olan insanlar ya heç vaxt düzgün bağlar qura bilmirlər, ya da çox güclü bağlar qururlar. Brosnan ikincilərdən idi. Tamamilə uşaqlarına vurğun bir ata. Bəzən də ana...

 

 

Fədakar "Ceyms Bond"

1977-ci ildə Pirs avstraliyalı aktrisa "Bond qızları"ndan biri Kassandra Harris ilə tanış oldu. Brosnan 24 yaşında idi. Harris ondan 5 yaş böyük idi və iki uşağı var idi.

"Mən heç vaxt belə gözəl qadın görməmişdim. Mən heç vaxt düşünə bilməzdim ki, qarşımdakı qadınla 17 ilimi keçirəcəm.

Tezliklə cütlük Kessinin uşaqlarını da yanlarına alaraq birlikdə yaşamağa başladılar. 1980-ci ildə evlənən cütlüyün Şoun adlı oğlu dünyaya gəldi. Pirsin Kessinin ilk evliliyində olan uşaqları ilə xüsusi bağı var idi. Bu uşaqlar onun ilk atalıq təcrübəsi idi. "Şarlot və Kris əvvəl mənə Pirs deyirdi, sonra Pirs ata, sonra isə sadəcə ata".

 

Fədakar "Ceyms Bond"

 

Uşaqların bioloji atası öldüyü üçün Brosnan onları adına keçirdi və onlara soyadını verdi. Üç övladları ilə xoşbəxt yaşayan ailə Kessinin yumurtalıq xərçənginə yaxalanması ilə çətin bir mərhələyə başladı. Xərçənglə dörd illik mübarizədən sonra o, 1991-ci ildə vəfat etdi."O, çox cəsur idi. O, məni olduğum adam edib, o məni aktyor edib, o məni ata edib. Son anda mən onun yanına uzanmışdım. O, həyatla vidalaşarkən belə məni sakitləşdirməyə çalışırdı. Yanımızda oğlumuz Kris var idi. O, həmişə uşaqlarımıza sevinc bəxş edib. Mən uşaqlarla onun kimi olmağa çalışıram".

 

Fədakar "Ceyms Bond"

 

Böyük bir itki yaşayırdı. Ancaq bunu tamamən uşaqlarına evinə bağlanaraq aşmağa çalışdı. Balaca Şounun qayğıya ehtiyacı var idi. Və ondan başqa heç kimləri qalmayan, xanımının əmanətləri ögey uşaqları var idi. Şarlotta ağır bir depressiya yaşayırdı, Krisin isə asılılıq problemi var idi. Brosnan onları İngiltərədə bahalı bir rehabilitasiya mərkəzinə yatırdı. Hər ikisinin normal həyatlarına qayıtması üçün əlindən gələni etdi. Ölən xanımının ən böyük arzusunu yerinə yetirdi. Kino tarixinin əfsanəvi cəsusu Bond rolunu qazandı. Jurnalist Keli ilə tanış oldu, ikinci dəfə evləndi, ailəyə iki oğul daha qatıldı. İlk nəvələri, Şarlottanın uşaqları dünyaya gəldi. Brosnan ailəsi xoşbəxt zamanlar yaşayırdı. 22 il sonra eyni tragediyanı eyni şəkildə yaşayana qədər...

 

 

 

Fədakar "Ceyms Bond"

 

Dörd oğul atası Pirsin ən böyük övladı, tək qızı Şarlot idi. Aralarında bioloji bağ yox idi və ondan sadəcə 17 yaş böyük idi. Şarlotun adının əvvəlinə həmişə "mənim əziz qızım" xitabını yerləşdirirdi. Onu ailəsinin sevinc və gülüş mənbəyi hesab edirdi. Şarlot anası ilə eyni yaşda, eyni xəstəliyə yaxalandı. Atası və qardaşları 22 il sonra eyni əzabları yenidən yaşadı. 3 illik mübarizədən sonra 42 yaşında vəfat etdi. 

 

Fədakar "Ceyms Bond"

 

 

Brosnan sevinc mənbəyi, əziz qızını anasının yanına göndərdi. Qızını sevgi ilə yad edən Brosnan işi, dörd oğlu, üç nəvəsi və həyat yoldaşı ilə həyatı sevərək yaşamağa davam edir.

 

Fədakar "Ceyms Bond"

 

Bir neçə vaxt əvvəl mətbuat Brosnan ilə xanımının şəkillərini paylaşdı. Getdikcə daha çox formaya dəyər verən insanlar xanımının kilolarını tənqid edirdi. Sanki varlı və yaraşıqlı aktyor kilolu bir xanımı sevə bilməz. Ancaq ən sevdiyi iki qadını faciəli şəkildə itirmiş bir kişi üçün Kelinin sağlam və canlı olaraq yanında olmasından dəyərli heç nə ola bilməzdi.

 

Fədakar "Ceyms Bond"

 

2 mart 2019
GO BACK