Qadin.NET / Həyat enerjisini artıran 3 üsul

Həyat enerjisini artıran 3 üsul

 

1- Şükür məşqi edin

Gün ərzində nə qədər şükür edirsiniz? Bunu bütün hüceyrələrinizdə hiss edərək edirsiniz? Narahatlıq, qayğı və mənfi düşüncələr enerjimizi aşağı salır. Şükür məşqu əsnasında sahib olduğunuz hər şeyi tək-tək düşünün. Həyatınızda sizə yaxşı hiss etdirən nələr var? Bu sizə yaxşı hiss etməyə kömək edəcəkdir. Sahib olduqlarınızın varlığına şükür edin. Bunu bütün ruhunuzla hiss edin.

Həyat enerjisini artıran 3 üsul

 

2- Anı yaşayın

Düşüncələriniz nə keçmişə, nə də gələcəyə ilişib qalsın. Gələcəkdəki üçün narahat olmayın, keçmişə kədərlənməyin. Bunun heç faydası yoxdur. Mənfi düşüncələr enerjinizi azaldır. Ağlınıza mənfi düşüncələr gəldikdə dərindən nəfəs alıb verin. Buna günlük 5 dəqiqə ayıraraq vərdişə çevriə bilərsiniz. Tək olduqda, sakit musiqi açıb, oturun. Gözlərinizi yumub, dik oturun. Sadəcə nəfəs alıb verməyinizə diqqət cəmləyin. Nəfəsi buraxdıqda bütün mənfiliklərin və narahatlıqların bədənizi tərk etdiyini düşünün.

Həyat enerjisini artıran 3 üsul

 

3. Şikayət etməyi buraxın

Şikayət etmək mənfi düşüncə qəliblərinizə ilişib qalmağa səbəb olacaq. Onları daha çox böyütmüş olacaqsınız. Gün ərzində danışarkən işlətdiyiniz sözləri diqqətlə seçin. Şikayətlənməyə başladığınızın fərqinə vardıqda dayanın. Bunun sizə heç bir faydası olmadığını və enerjinizi azaltdığını düşünün.

Həyat enerjisini artıran 3 üsul

 

 

Ceyda Bahşi Bilgiç

20 noyabr 2018
GO BACK