Qadin.NET / Shawn Achor - xoşbəxt olmaq üçün 6 məşq

Shawn Achor - xoşbəxt olmaq üçün 6 məşq

Shawn Achor - xoşbəxt olmaq üçün 6 məşq

Psixoloq və ən çox satan müəllif Shawn Achor xoşbəxtlik elmi üzrə təhsil almışdır.

"Elmi cəhətdən, xoşbəxtlik seçimdir", Achor deyir. O izah edir ki, tədqiqatlar göstərib ki, sən 3 həftə ərzində hər gün xoşbəxt olmaq üçün sadə məşqləri edərək özünü xoşbət edə bilərsən.

Texaslı Achor-un kitablarına "The Happiness Advantage" ( xoşbəxtliyin üstünlüyü) və "Before Happiness" (Xoşbəxtlikdən əvvəl) daxildir.

Achor, 21 gün ərzində, bu məşqlərin pessimisti optimistə çevirdiyini deyir.

 

Shawn Achor, "Xoşbəxtliyin Üstünlüyü" kitabının müəllifi bu məşqlərin beynə təsir edərək insanı xoşbət insana çevirdiyini deyir. 30 gün ərzində, bu vərdişlərin beyindəki sinir yollarına təsir etdiyini və sizi müsbətə doğru yönəltdiyini söyləyir. Bu məşqlərdə yaş məhdudiyyəti yoxdur.

Shawn Achor - xoşbəxt olmaq üçün 6 məşq

Minnətdarlıq məşqləri: 24 saat ərzində baş vermiş, razı qaldığınız 3 şeyi yazın. Dərinə getməyə ehtiyac yoxdur. Bu sadəcə bir fincan isti kofe, ya da günəşli bir gün ola bilər.

 

Dubler: 24 saat ərzində yaşadığın səndə xoşbəxtlik yaradan bir təcrübəni götürün və 2 dəqiqəni bu barədə detalları yazaraq keçirin. Xatırlama başladıqca, beyniniz bunu daha dərinlərə həkk etməyə başlayacaq.

 

Əyləncəli 15 dəqiqə : Hər gün 15 dəqiqə əyləncəli fəaliyyətlə məşğul olun, baxça işləri kimi, iti gəzintiyə çıxarmaq kimi. Bu fəaliyyət sizə antidepressant kimi təsir edəcək.

 

Meditasiya. Hər gün 2 dəqiqə heçnə etmədən, diqqətini nəfəsinə cəmlə. Bu kiçik fasilə sənə sakitlik və xoşbəxtlik gətirəcək.

 

Şüurlu xeyirxah hərəkət. Hər gün tanıdığın bir nəfərə tərif dolu qısa ismarıc göndər. Başqalarını xoşbət etmək beynimizə xoş təsir edəcək.

 

Sosial əlaqələri dərinləşdirin. Vaxtını ailən və dostlarınla keçir. Bizim sosial əlaqələrim uğurmuza, sağlamlığımıza və hətta həyatdan gözlədiklərimizə təsir edən vacib motivdir.

 

Tərcümə edən: Ustaclı

 

4 noyabr 2017
GO BACK