Hər kəsin həyatında mənfi düşüncələrlə dolu zamanları olur. Belə dövrlərdə bədbəxt və ümidsiz, heç bir işə diqqəti cəlb edə bilməyən bir insan halına gələ bilirlər. Bu anlarda, yazıçılar Esther və Jerry Hicks, bir kağız və bir qələm alıb Focus-Wheel üsulunu etməyi yoxlayırlar. Sizə həyatınızı formalaşdıracaq üsulu təqdim edirik.
Ümidini itirmə!
İlk olaraq, kağıza böyük bir dairə çəkin. Ardından, bu böyük dairənin ortasında təxminən 5 sm diametirində daha kiçik bir dairə çəkin. Arxanıza söykənin, rahatlayın və kiçik dirəyə diqqətlə baxın. Diqqətinizi gözlərinizə cəmləyin.
İndi, bir anlığına gözlərinizi bağlayın və diqqətinizi mənfi duyğulara səbəb olan hadisələrə verin. Eləmək və ya təkrar yşmaq istəmədiyinizin tam olaraq nə olduğunu tapın.
Sonra, etmək istədiyiniz və ya istəmədiyiniz şeyləri açıq olaraq özünüzə söyləyin.
Nə istədiyinizi açıqca aydınlaşdırmağa çalışın. Daxilində olduğunuz vəziyyət haqqında necə hiss etmək istədiyinizi aydınlaşdırın. İstədiyinizi bir neçə cümlə ilə aydınlaşdırın və kiçik dairənin daxilinə yazın.
Kiçik dairənin xaricindəki böyük dairəyə, məqsədinizi, müvəffəqiyyət və ya uğursuzluğunuzun nəticələrini və ruh vəziyyətiniz ilə bağlı düşüncələrinizi yazın. Saat istiqamətində müsbət duyğulara çatana kimi 12 ifadə yazın.
Məsələn, ümidsizliklə çəki atmaq istədiyinizi fikirləşək. Bu hədəfi kiçik dairənin ortasına yazın. O zaman bütün enerjinizi, bu məqsədinizi necə həyata keçirə biləcəyinizlə bağlı xərcləyərək, hədəfinizə çata bilərsiniz. Öz gücünüzlə hər şeyi bacara biləcəyinizi unutmayın! Siz istəsəniz hər şey mümkündür.
Tərcüməçi: Bəsti