Kitab oxu
Zehninizi canlandırmağın ən yaxşı yollarından biri oxumaqdır. Bu hər səhər oxuduğunuz bir qəzet və ya məqalə də ola bilər. Beyninizi yeni məlumatlarla zənginləşdirmək, fiziki və zehni sağlamlığınız üçün həyatı mahiyyət daşıyır.
Məşq edin
Məşq etməyin, həm fiziki, həm də psixoloji təsirləri var. İşə getmədən əvvəl tez bir şəkildə etdiyiniz məşq, beyninizi gücləndirməyin mükəmməl bir yoludur. Ən vacibi, məşq, beyinə qan və oksigen çatmasını sürətləndirir. Bu daha yaxşı qərarlar qəbul etməyinizə və yaddaşınızın güclənməsinə kömək edir.
Fikirləşin
Araşdırmalar, diqqət cəmləməyin qayğı və depressiyanı azaltmağa kömək edə biləcəyini göstərir. Meditasiya edənlər, məlumatı daha tez xatırlaya bilirlər.
Klassik musiqi dinlə
Motsartın və Bethovenin hüzur dolu musiqilərini dinləyin, beynə faydalı olduğu düşünülür. Klassik musiqi dinləməyin, eyni zamanda insanın uzun müddətli və mücərrəd düşünmə bacarığını artırdığı deyilir.
Məntiq oyunları oyna
Sudoku, şahmat kimi oyunlar, beyin gücünü artırır. Hər gün bir neçə dəqiqə məntiq oyunları oynayaraq, beyinin fərqli nöqtələrini istifadə edə bilər, beyinin dəstək fəaliyyətini artıra bilərsiniz.
Təşəkkür et
Məntiqsiz gələ bilər, ancaq elmi olaraq, həyatınızdakı minnətdar olduğunuz şeylərə diqqətinizi cəmlədiyinizdə beyniniz daha yaxşı işlədiyini öyrənilmişdir. Bir təcrübədə, təşəkkürlərini nizamlı olaraq ifadə edənlərin, sağlam, daha xeyirxaq, hədəflərinə doğru ilərlədikləri və başqlarına xeyirli olduqları göründü.
Lazımlı qədər yat
Sayısız araşdırma, yuxunun xatırlama bacarığını dəstəklədiyi sübut etdi. Yuxu çatışmazlığı zehni performansa ciddi şəkildə təsir edir. Nizamlı bir yuxu proqramına sadiq qalmaq, iş performasını ciddi şəkildə artıracaqdır.