Qadin.NET / Xəyal qırıqlığının öhdəsindən gəlməyin 7 yolu

Xəyal qırıqlığının öhdəsindən gəlməyin 7 yolu

 

Xəyal qırıqlığının öhdəsindən gəlməyin 7 yolu

 

Qədim bir atalar sözündə deyilir: "Xəyal qırıqlığı, reallıqdan ayrılmış bir ümiddir". Əgər bu formula sadiq qalsaq, bu halda xəyal qırıqlığını azaltmağın yeganə yolu gözləntilərimizi reallığa uyğun tənzimləməyimizdir.

Bu yanaşma, xəyal qırıqlığını sizdən uzaqlaşdırsa da pessimist bir əhval-ruhiyyə meydana gətirə bilir, cəsarətiniz və ümidiniz qırıla bilir.

Harri Potterin müəllifi kimi tanınan, britaniyalı yazıçı Coan Roulinq bir ifadəsində bizə bunu xatırladır:

"Həddən artıq ehtiyatlı yaşamadıqca, nələrisə itirmədən yaşamaq qeyri-mümkündür, uduzmağınız isə hər zaman mümkündür".

Lakin xəyal qırıqlığından qaçmaq əvəzinə, onu istiqamətləndirməyi bacara bilərik.

1. Tam əksini edin: Stressli vaxtlarda insanlar pis vərdişlərinə geri qayıda bilirlər. Məsələn, qidalanma pozuntuları və kifayət qədər yatmamaq. Ancaq, məhz bu halda özünüzə çox yaxşı baxmalı, diqqətli olmalısınız.

2. Gücünüzü istifadə edin: Sizlərə verəcəyimiz bir sorğu vasitəsi ilə ən güclü 5 xüsusiyyətinizi müəyyən edin və bunları "hərəkətə keçməyiniz" üçün istifadə edin. (Sorğu üçün Bura Klik Edin edin; Sayt İngilis Dilində olsa da anketin Türkcəsi də mövcuddur). Əgər qeydiyyatdan keçə bilməsəniz, özünüz kağızda özünüzə aid ən güclü xüsusiyyətlərinizi yazıb, dəqiqləşdirə bilərsiniz.

3. Sizin yerinizdə "X" şəxs olsaydı nə edərdi? Çox pərəstiş etdiyiniz, ya da qiptə etdiyiniz birini düşünün, o sizin yerinizə olsaydı, sizcə belə hallarda nə edərdi? Bütün cavabları tapmayacaqsınız, buna görə də özünüzdən önə keçib, daha geniş nəsihətlərə və məlumatlara ehtiyacınız olduğunu bilin.

 

Xəyal qırıqlığının öhdəsindən gəlməyin 7 yolu

 

 

4. Sizin üçün ən qiymətli şey nədir? Bu suala cavab tapın. Sizi uğurlarınız yox, dəyərləriniz müəyyən edir. Nədən ötrü və niyə cəhd göstərəcəyiniz, müəyyənləşdirdiyiniz hədəfin dəyərinə bağlıdır.

5. Ətrafınızdan dəstək alın: Tək qalacağınızı, ailə və dostlarınızdan ayrı düşəcəyinizi ağlınıza belə gətirməyin. Onlarla birlikdə olmağınız sizə bu məsələdə daha çox qazandıracaq. (Mümkün olarsa mütəxəssislərdən də dəstək alın.)

6. Bundan (hadisədən) nə dərs götürə bilərəm? Bu sualı vermək təfəkkürünüzün artmasına kömək edər. Lakin öz normal hərəkətləriniz, öz səyləriniz bəzən yetərli olmur. Ona görə də maraqlı biri olun və sakit şəkildə bunu düşünün: "Gələn dəfə fərqlilik yaradacaq nə edə bilərəm"?

7. Öz lideriniz və öz səsiniz olun: Bu ifadə qəribə gəlsə də araşdırmalar göstərir ki, öz adınızı istifadə edərək özünüzə danışmağınız (Məsələn, "Mən bunu bacaracağam" əvəzinə "Coşqu sən bunu bacaracaqsan" demək) narahatlığı azaldır və özünüzü daha kontrollu hiss etməyinizi təmin edir.

"Sizin" bu davranış və hərəkətləriniz, xəyal qırıqlığına məruz qalmanızın öhdəsindən gəlməkdə fərqliliyinizi formalaşdıracaqdır"

Qaynaqlar:

[n] Beyin

7 Ways To Deal With Disappointment

 

Tərcümə və tərtib: Coşqu İsmayılzadə

30 mart 2016
GO BACK