Qadin.NET / Qadın sahibkarlığının problemləri

Qadın sahibkarlığının problemləri

 

Qadın sahibkarlığının problemləri

 

Qadın sahibkar kimi şəxsən qarşılaşdığım problemlərlə, araşdırmalarımın nəticələri ilə oxucularımı tanış etmək istəyirəm…

  1. Düşüncə (qadın düşüncəsi, kişi düşüncəsi)- qadının işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi, kişinin  işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi bir az oxşar, bir az fərqlidir. Qadın adi və gündəlik dövlət və ya qeyri-dövlət işindədirsə, sadəcə maaş hesabına dolanırsa, ya da təqaüdə çıxırsa, ya da ki, heç işləmirsə, o zaman o qadının işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi çox zaman paxıllıq, qeyri-sağlam münasibətdə olur, düşünür ki, məndə niyə yoxdur, alınmır, mən buna niyə nail olmamışam, ola bilmirəm, ola bilməyəcəyəm, onda isə alınır. Düşünürlər ki, hər işgüzar, uğurlu, öz biznesi olan sahibkar qadının arxasında hökmən bir məşuqu, saxlayanı, atası, qardaşı, əri var. Sanki qadın özü nəyəsə təkbaşına nail ola bilməz. İşgüzar qadına ciddi qəbul edilmir nə kişi tərəfindən, nə qadın tərəfdən… Kişi də ciddi qəbul etmir, qarşısına işgüzar görüş zamanı qadın çıxarsa, hansısa bir şirkətin rəhbəri, ekspert və ya peşəkar qadın olarsa, iki cür düşünür : Bunun burda nə işi var, getsin evinə, ailəsinə, mətbəxinə… Ya da ki, mən indi bunu fırladacağam, qadındır, safdır, qeyri-peşəkardır, aldada biləcəyəm, yola gətirəcəyəm, ya da yatağa salıb, razılığa gələcəyik. Qadının iclas və ya tədbirlərə peşəkar kimi daxil olması, fikir söyləməsi belə ciddi qəbul edilmir, sanki digərlərindən az bilir və qeyri-peşəkardır. Ya da ki, qadın peşəkardırsa, ekspertdirsə, sanki savadsızdır, zəifdir, onu dinləməyə ehtiyac yoxdur. Ona gördüyü işə görə pul vermək lazım deyil, kişilərlə pul müqabilində işləmək, qadınlarla pulsuz, təlimçi olsan da, sanki səni avam yerinə qoymaq istəyirlər. Bir də ki, qadın peşəsi deyil, sanki qadınlar üçün və kişilər üçün xüsusi peşələr var, qadınlar kişi peşələri ilə məğul olmamalıdır. Ya da ki, qadın ancaq kənd təsərrüfatı, turizm və ya digər xidmət, satış sahəsində işləməlidir, iqtisadiyyatın digər sahələri qadın üçün deyildir.
  2. Pul-qadının işə başlaması üçün pul lazımdır, yığdığı pulun yetməməsi və ya sərmayədar problemi, sonrakı inkişaf üçün və genişlənmək üçün vəsaitin cəlb edilməsi problemidir. Öz pulu bitəcək, inkişaf etmək üçün gəlir olmalıdır, gəlirlə işləmək lazımdır. Qadın sahibkarlarına sərmayə daha riskli sayılır, banklar belə diskriminasiya edər, risk etmək istəməz, sanki qadın biznesə başlasa, hökmən itirəcəkdir, müflis olacaqdır.
  3. İnhisarçılıq- kişi inhisarçılığı, həmrəyliyi mövcuddur, qadınların biznesə gəlişi zamanı kişi biznesmenlər həmrəy olub, süni inhisarçılıq mövqeyini göstərirlər, qadınla əməkdaşlıq etməməklə bağlı çağırışlar edirlər. Qadın iri biznes mühitinə çətinliklə girir.
  4. Etibar- işgüzar mühitdə ciddi qəbul edilmək və etibar qazanmaq çox önəmlidir. Qadına etibar daha az olur, həm digər qadınlar, həm də kişilər tərəfindən biznes qadına daha az etibar edilir. İşgüzar mühitdə işgüzar nüfuz çox önəmlidir. Qadınlar biznes mühitdə hələ ki, peşəkar işğüzar nüfuza nail ola bilmir.
  5. Tərəfdaşlıq və həmrəylik- Qadın biznes sahəsində tərəfdaşlıq və həmrəylikdə çətinlik çəkir. Nə digər qadınlar, nə də kişilər əməkdaşlıq etmək istəyir, həmrəy olur, nə də ki, bir biznesə tərəfdaş olmaq istəyir.

Günel Fərhadqızı

2 fevral 2016
GO BACK