Qadın sahibkar kimi şəxsən qarşılaşdığım problemlərlə, araşdırmalarımın nəticələri ilə oxucularımı tanış etmək istəyirəm…
- Düşüncə (qadın düşüncəsi, kişi düşüncəsi)- qadının işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi, kişinin işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi bir az oxşar, bir az fərqlidir. Qadın adi və gündəlik dövlət və ya qeyri-dövlət işindədirsə, sadəcə maaş hesabına dolanırsa, ya da təqaüdə çıxırsa, ya da ki, heç işləmirsə, o zaman o qadının işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi çox zaman paxıllıq, qeyri-sağlam münasibətdə olur, düşünür ki, məndə niyə yoxdur, alınmır, mən buna niyə nail olmamışam, ola bilmirəm, ola bilməyəcəyəm, onda isə alınır. Düşünürlər ki, hər işgüzar, uğurlu, öz biznesi olan sahibkar qadının arxasında hökmən bir məşuqu, saxlayanı, atası, qardaşı, əri var. Sanki qadın özü nəyəsə təkbaşına nail ola bilməz. İşgüzar qadına ciddi qəbul edilmir nə kişi tərəfindən, nə qadın tərəfdən… Kişi də ciddi qəbul etmir, qarşısına işgüzar görüş zamanı qadın çıxarsa, hansısa bir şirkətin rəhbəri, ekspert və ya peşəkar qadın olarsa, iki cür düşünür : Bunun burda nə işi var, getsin evinə, ailəsinə, mətbəxinə… Ya da ki, mən indi bunu fırladacağam, qadındır, safdır, qeyri-peşəkardır, aldada biləcəyəm, yola gətirəcəyəm, ya da yatağa salıb, razılığa gələcəyik. Qadının iclas və ya tədbirlərə peşəkar kimi daxil olması, fikir söyləməsi belə ciddi qəbul edilmir, sanki digərlərindən az bilir və qeyri-peşəkardır. Ya da ki, qadın peşəkardırsa, ekspertdirsə, sanki savadsızdır, zəifdir, onu dinləməyə ehtiyac yoxdur. Ona gördüyü işə görə pul vermək lazım deyil, kişilərlə pul müqabilində işləmək, qadınlarla pulsuz, təlimçi olsan da, sanki səni avam yerinə qoymaq istəyirlər. Bir də ki, qadın peşəsi deyil, sanki qadınlar üçün və kişilər üçün xüsusi peşələr var, qadınlar kişi peşələri ilə məğul olmamalıdır. Ya da ki, qadın ancaq kənd təsərrüfatı, turizm və ya digər xidmət, satış sahəsində işləməlidir, iqtisadiyyatın digər sahələri qadın üçün deyildir.
- Pul-qadının işə başlaması üçün pul lazımdır, yığdığı pulun yetməməsi və ya sərmayədar problemi, sonrakı inkişaf üçün və genişlənmək üçün vəsaitin cəlb edilməsi problemidir. Öz pulu bitəcək, inkişaf etmək üçün gəlir olmalıdır, gəlirlə işləmək lazımdır. Qadın sahibkarlarına sərmayə daha riskli sayılır, banklar belə diskriminasiya edər, risk etmək istəməz, sanki qadın biznesə başlasa, hökmən itirəcəkdir, müflis olacaqdır.
- İnhisarçılıq- kişi inhisarçılığı, həmrəyliyi mövcuddur, qadınların biznesə gəlişi zamanı kişi biznesmenlər həmrəy olub, süni inhisarçılıq mövqeyini göstərirlər, qadınla əməkdaşlıq etməməklə bağlı çağırışlar edirlər. Qadın iri biznes mühitinə çətinliklə girir.
- Etibar- işgüzar mühitdə ciddi qəbul edilmək və etibar qazanmaq çox önəmlidir. Qadına etibar daha az olur, həm digər qadınlar, həm də kişilər tərəfindən biznes qadına daha az etibar edilir. İşgüzar mühitdə işgüzar nüfuz çox önəmlidir. Qadınlar biznes mühitdə hələ ki, peşəkar işğüzar nüfuza nail ola bilmir.
- Tərəfdaşlıq və həmrəylik- Qadın biznes sahəsində tərəfdaşlıq və həmrəylikdə çətinlik çəkir. Nə digər qadınlar, nə də kişilər əməkdaşlıq etmək istəyir, həmrəy olur, nə də ki, bir biznesə tərəfdaş olmaq istəyir.
Günel Fərhadqızı
XƏBƏR LENTİ
Alimlər insanın mədəaltı vəzini donuza yerləşdirəcəklər
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Eyfel qülləsi bağlandı-SƏBƏB
Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Sabahdan Bakıda 18 metrlik avtobuslar xəttə buraxılacaq
Qırmızı yoncanın faydaları
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Dünyada ən varlı 5 qadın
Stiv Cobsun ölümqabağı məktubu
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
Pis yuxu şəxsi həyatı məhv edir
Çörəkli salat (foto resept)
Azərbaycanlı deputatlar ermənilərə görə ayağa qalxdılar
Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir”
HAVA necə olacaq? 15-yanvar
Bakıda çin malları brend adı ilə satılır:12 manatlıq geyim 68 manata
WhatsApp-dan daha bir yenilik
Malıbəyli və Quşçular kəndlərinin işğalından 23 il ötür
Torpaq uğrunda ölən varsa, Vətəndir!
İş adamlarının həbsinə başlanıldı
Avtobuslarda gediş kartından istifadə uğursuz alınıb?
Təhsil nazirindən təbrik
Dəridəki ləkələri yox edən maska
Qadın qəlbini fəth etməyin 18 yolu
Madonna yeni İMİCDƏ-FOTO
Sabah daha bir asteroid Yerə yaxınlaşır
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Asqırmağı yozmaq düzgündürmü?
Əhvalı yüksəldən məşğuliyyət
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Sevgi dediyin təmənnasızlıqdır
Südlü brokoli şorbası
Özcan Dənizdən yeni serial müjdəsi
Muncuqlardan düzəltdiyim əl işlərim
Anomal hava daha bir ölkəni cənginə aldı
Tarzan Nataşa Korolevaya xəyanət etdiyini açıqlayıb
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Şahzadə Harri və Meqan Markl toylarının 1 ilini qeyd etdi-FOTO
Üçrəngli bayrağımız Azərbaycan səmasında - VİDEO
COVID-19 peyvəndinin sınaqları dayandırıldı - Naməlum xəstəlik ortaya çıxdı
Real olmadığına inanmayacaqsınız
Hörüklü saç modelləri
"Ananas" salatı (foto-resept)
Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ
“Kurtlar vadisi”nin aktyoru boşanır
Yapon alimlər saç yetişdirməyin daha mükəmməl üsulunu öyrəniblər
Xanımların nəzərinə: dişlərinizə diqqət edin
Gündəlik saç yığımları
- ŞƏRHLƏR