"Yox" deməyi öyrənin!
Yox deyə bilmək qabiliyyəti, ümumiyyətlə, ünsiyyət sənətinin ən vacib hissələrindəndir. Aydın şəkildə formalaşdırılımış imtina etmək bacarığı sizə normal münasibətləri qorumaqla istədiyiniz şeylərdə qəti şəkildə dayanmağa imkan verir.
Unutmayın, sizin öz prioritetlərinizi müəyyən etmək, öz xoşbəxtlik yolunuzu müstəqil seçmək və bunlarla yanaşı özünüzü günahkar hiss etmədən "yox" deyə bilmək hüqüqunuz vardır.
Onunla nəticələr barədə danışın.
Sizin şəxsi həyat sahələrinizə kobud şəkildə müdaxilə etməsinə və "yox" cavabını eşitmək istəməməsinə qarşı manipulyatorla nəticələr barədə danışın. Mümkün nəticələri inandırıcı şəkildə proqnozlaşdırmaq və formalaşdırmaq bacarığı manipulyatoru oyundan çıxarmaq vasitələrindən biridir. Bu onu çıxılmaz vəziyyətdə qoyacaq və sizə qarşı münasibəti dəyişəcəkdir.
Ürəksındıranın zərbəsini dəf edin.
Bəzən manipulyatorlar qurbanına birbaşa zərər vermək və qorxutmaq üçün ona qəsdən sataşırlar, yaxud təhqir edirlər. Bu anda ən vacib olanı unutmamaq lazımdır: belə insanlar özlərini zəif hesab edənlərə yapışırlar. Nə qədər ki, siz passivsiniz və güzəştə gedirsiniz, onlar üçün potensial qurbansınız. Bununla yanaşı manipulyatorların bir çoxu daxilən qorxaqdır. Bəzən qurban sərtlik göstərib öz hüquqlarını qoruyanda manipulyator geri çəkilir. Bu qayda hər hansı bir icmada işləyir: məktəb, ailə, iş.
Tədqiqatlara görə bir çox ürəksındıranlar özləri də zorakılıq qurbanı olanlardır. Bu əlbəttə onların davranışlarını bağışlamaq üçün bəhanə olmamalıdır, əksinə onların hücumlarına qarşı soyuqqanlı olmaq vacibdir.