Öz vacib hüquqlarınızdan xəbərdar olun!
1. Başqalarının sizə hörmət etməsi hüququna sahibsiniz.
2. Sizin öz hiss, istək və fikir bildirmək hüququnuz vardır.
3. Sizin öz prioritetinizi müəyyən etmək hüququnuz var.
4. Sizin özünüzü günahkar hiss etmədən "yox" demək hüququnuz vardır.
5. Sizin ödədəyiniz şeyi almaq hüququnuz vardır.
6. Sizin başqa insanların baxış bucağından fərqli öz baxış bucağınızı sərgiləmək hüququnuz vardır.
7. Sizin fiziki, mənəvi və emosional təzyiqlərdən özünüzü müdafiə hüququnuz vardır.
8. Siz zehninizdəki xoşbəxtlik anlayışına uyğun olaraq öz həyatınızı qurmaq hüququna sahibsiniz.
Bu sizin şəxsi sahələrinizin sərhədləridir. Manipulyatorlar hörmətsiz davranaraq bu hüquqları tanımırlar və kobud şəkildə bizə aid olan sahələrin sərhədlərini pozurlar. Amma bizim həyatımızın məsuliyyətinə təkcə özümüz cavabdehik, başqa heç kim.
Məsafə saxlayın
Ünsiyyət zamanı manipulyator hər zaman maskalarını dəyişir: bir insana qarşı o çox nəzakətlidir, digəri ilə aşırı kobud davranır, bir situasiyada o təmamən köməksiz kimi görünür, digərində çox aqressivdir. Əgər siz belə davranışları olan insana rastlamısınızsa, ondan uzaq məsafədə qalın və onunla ünsiyyətə girməyə cəhd etməyin.
Belə davranışlar mürəkkəbdir və daha çox uşaqlıq təcrübələrinə dayanır. Manipulyatoru düzəltmək, tərbiyə etmək, xilas etmək sizin vəzifəniz deyil!
Onun sözlərini öz hesabınıza qəbul etməyin
Manipulyatorun vəzifəsi sizin zəiflikləriniz üzərində oynamaqdır. Təəccüblü deyil ki, onun yanında siz özünüzü natamam hiss edirsiniz, hətta onun tələblərinə qarşı özünüzü günahkar sayırsınız. Həmin hissləri xatırlayın və anlayın ki, problem sizdə deyil. Sizi özünüzü yaxşı hiss etməmək və öz hüququnuzdan vaz keçib özgə istəyə tabe olmağa məcbur etmək üçün manipulyasiya edirlər. Aşağıdakı suallara cavab verərək manipulyatorla olan münasibətləriniz haqqında yaxşı düşünün.
1. O mənə səmimi hörmət edirmi?
2. Onun gözləntiləri və tələbləri nə dərəcədə haqqa söykənib?
3. Aranızdakı münasibət nə qədər balanslıdır, bəlkə bu münasibətlər yalnız bir tərəfə fayda verir?
4. Bu münasibət mənə özümə yaxşı münasibət bəsləməyə mane olurmu?
Ona testedici suallar verin
Manipulyatorlar adətən sizi sorğu və tələbləri ilə bürüyərək özlərini unutdurmağa çalışır və bununla diqqəti ehtiyaclara keçidə çəkirlər.
Ona bir neçə test sualı verərək özünütənqidi olub-olmamasını öyrənin.
1. "Sən hesab edirsən ki, bu ağlabatan tələbdir?"
2. "Səncə bu mənə münasibətdə ədalətlidirmi?"
3. "Bu barədə mənim də fikrim ola bilərmi?"
4. "Nəticədə mən nə əldə edəcəyəm?"
5. Sən doğurdan gözləyirsən ki, mən... (onun istəyi, tələbini formalaşdırın)
Bu sualları verməklə siz sanki manipulyatorun qarşısında ayna qoymuş olursunuz və o bu "əksolmada" öz tələblərinin əsl mənasını görəcək. Tezliklə o öz tələblərini geri göterəcək. Ancaq onların arasında elələri var ki, sizin suallarınıza qulaq asmayacaq və öz bildiklərinə davam edəcəklər. Belə halda növbəti məsləhətlərdən istifadə edin.
Tələsməyin!
Manipulyatorların bir sevimli metodu da sizdən dərhal cavabı və ya davranışı almaqdır. Zamanın yetməzliyi situasiyasında onun sizi idarə etmək bacarığı asanlaşır və öz məqsədinə çatır.
Əgər siz üzərinizdə təzyiq hiss edirsinizsə, cavab verməyə və ya hər hansı bir davranış sərgiləməyə tələsməyin. Zaman faktorunu öz maraqlarınıza görə istifadə edin. Situasiya üzərində nəzarəti saxlayaraq sadəcə bunu deyə bilərsiniz: "Bu haqda düşünəcəm". Bu çox təsirli cümlədir! Fasilə götürməklə düşünün, müzakirəni davam etdirmək istəyirsinizmi, yaxud, ümumiyyətlə, "yox" deyilməsi daha yaxşıdır.
Ardı var...