Qadin.NET / Susaraq tərbiyə edin

Susaraq tərbiyə edin

Susaraq tərbiyə edin

Çox danışmaq bir xəstəlikdir.Çünki,qarşı tərəfə bir şeyi izah etmək üçün uzun-uzadı danışmağa ehtiyac yoxdur.Hətta bu, çox vaxt xeyirdən çox ziyan gətirir.
Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində: “Mən sizi səhvlərinizi üzünüzə vurmadan, susaraq tərbiyə edirəm”, - buyurmuşdur.Bəli, O,heç vaxt bir səhabənin səhvini üzünə deməzdi.Nəsihət edəndə də qarşı tərəfin xətrinə dəyməməyə çalışırdı.O həm nəzakət abidəsi, həm də gözəl bir tərbiyəçi idi.


Əlbəttə susmalıyam


Bir adam xanımının acıdilliyindən Həzrəti Ömərə (r.a.) şikayət etməyi qərara alır. Xəlifənin qapısına çatanda içəridən hirsli bir qadın səsi eşidir.Gözləməyə başlayır. Bir qədər gözlədikdən sonra qadının danışdığını, xəlifənin isə susduğunu görür. Qapını döyməmiş geri qayıtmağı qərara alır. Bir-iki addım atmamış qapı açılır. Qapıda görünən Həzrəti Ömər:
- Nə var? Niyə gəldin? Bir şey deməmiş niyə gedirsən? – deyə soruşur. Gələn adam deyir:
- Ya Ömər! Mən xanımımdan şikayət etməyə gəlmişdim. Baxdım ki, neçə-neçə insanı qarşısında diz çökdürən Ömər də xanımının qarşısında susur. Onun bütün sözlərinə səbirlə qulaq asır. Mən də öz-özümə “Elə isə mən niyə şikayət edim ki?”, dedim və geri qayıtdım.
Həzrəti Ömər (r.a.) bir qədər susur, sonra cavab verir:
- O mənim evimin xanımıdır, məni haramdan qoruyur. Uşaqlarımın anasıdır, onlara baxır. Evimizin aşbazıdır, yeməklərimizi bişirir. Ev eşiyimizi təmizləyir, paltarlarımızı yuyur. Əgər bir az yorulub ürəyini boşaldırsa, onun qarşısında əlbəttə ki, susmalıyam.

Eləcə də baxa bilərsiniz:


"Lə iləhə illəllah"ın dindəki yeri,əhəmiyyəti və önəmi


Ana və atalara itaət
24 mart 2010
GO BACK