Qadin.NET / Quranda “iman gətirmiş kəslər” və “küfr etmiş kəslər” dedikdə nə nəzərdə tutulur?

Quranda “iman gətirmiş kəslər” və “küfr etmiş kəslər” dedikdə nə nəzərdə tutulur?

Quranda “iman gətirmiş kəslər” və “küfr etmiş kəslər” dedikdə nə nəzərdə tutulur?

“Ey iman gətirmiş kəslər” xitabı Quranda səksəndən artıq yerdə gəlmişdir. Harada ki, möminlər bu xitabla, yaxud “o kəslər ki iman gətirmişlər” cümləsi ilə ifadə ediliblər, nəzərdə tutulan İslam Peyğəmbərinin ümmətindən olan möminlərdir. “O kəslər ki iman gətirmişlər” ləfzi ehtiram göstərən bir ifadədir ki, bu ümmət onunla iftixar olunublar. Amma İslamdan öncəki ümmətlər “qövm” kəlməsi ilə ifadə olunublar. Məsələn, “Nuhun, yaxud Hudun qövmünün”, “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə”. Ya da “əshab” ləfzi ilə ifadə olunublar. Məsələn, “Və Mədyən əshabı”. Xüsusilə Musanın qövmü barədə isə “Bəni İsrail” deyə ifadə edilmişdir.

“Ey iman gətirmiş kəslər” ibarəsi Qurani-kərimdə bütün yerlərdə həqiqi möminlərə yönəlik istifadə edilməmişdir. Bu iddia Qurana yaxşı nəzər salındıqda aydın şəkildə dərk oluna bilir. Nümunə üçün Quranda oxuyuruq:

 

Quranda “iman gətirmiş kəslər” və “küfr etmiş kəslər” dedikdə nə nəzərdə tutulur?

1 – “Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” (Nisa, 136)

2 – “Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerə yapışıb qaldınız”. (Tövbə, 38)

Bu ayədə bəzi müsəlmanlara cihadda iştirak etmək üçün Peyğəmbərin göstərişindən boyun qaçırsalar belə, “ey iman gətirmiş kəslər” ifadəsilə xitab olunmuşdur. Habelə danlaq mövqeyində qərar verilmişlər ki, xitab olunanların geniş olmasını göstərir.

3 – “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə, 90)

“Bəlkə, nicat tapasınız” – ifadəsi bu ayədə xitab olunanlara nicat tapmaq ehtimalını verir. Bu da bəzi şərtlərdən asılıdır. “Ey iman gətirmiş kəslər” ifadəsi möminlərə işarə etsə də, qurtuluşu da qəti olaraq əldə etmək gərəkdir.

Qeyd olunanlara diqqət etdikdə anlaşılır ki, iman mərhələlərlədir. Onun ən aşağı dərəcəsindən ən ali mərtəbəsinə qədər işarə olunur. Yəni iman baxımından ən azı olan iki şəhadəti iqrar etmiş kəslərdən tutmuş, əməl və ideologiyada həqiqi mömin olan imanın yüksək mərtəbəsində qərar tutmuş kəsləri ehtiva edir.

Ona görə də, deyildiyi kimi, “Ey iman gətirmiş kəslər” ifadəsi Quranda həqiqi möminlərə aid edilməyib, əksinə, adi müsəlmanlara da aid edilmişdir.

Həmçinin bu ifadə təkcə eyni dövrdə yaşayan camaata aid deyil, nə də yalnız Allah Rəsulunun zamanında yaşayanlara da aid deyil. Əksinə, Qiyamət gününədək bütün iman gətirən kəslərə şamil olunur.

Amma “küfr” sözü də mərhələli anlamda olsa da, Quranda nalayiq, naşükür insanlara – hətta mömin olsalar belə - “kafir” olaraq deyilmişdir. (Ali İmran, 101) Lakin Quranda “o kəslər ki, kafir olmuşlar” – deyilən mövqelərdə məqsəd Allah ayələrini təkzib etmiş kəslərdir. Həmçinin o kəslərdir ki, Peyğəmbərin qarşısında durmuş və onlara əzab vədəsi verilmişdir. Məsələn:

1 – “Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar”. (Bəqərə, 39)

2 – “Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar”. (Ali İmran, 4)

Farid Abdullah

6 iyun 2018
GO BACK