Quranda “Kimsənin insana fayda, yaxud zərər yetirmək qüdrəti yoxdur”, – deyilərkən “zərər” ifadəsindən məqsəd nədir?
Quran möminlərə zərər yetirmək barədə buyurur ki, azğın və sapqınlar möminlərə zərər yetirmək üçün bir yol tapmaqda acizdirlər. Belə ki, buyurulur: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər”. (“Maidə”, 105)
Həmçinin buyurur ki, insanların zərər və ziyanı Allahın məşiyyət və istəyinin əhatəsində olur:
“De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm”. (“Əraf”, 188)
“De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm”. (“Yunus”, 49)
“Zərər” ismi-məsdərdir. Lüğətdə bir şeyə varid olan nöqsan mənasındadır. Məsələn, malın zərərində olan şey barədə deyilir. Quranda “zərər” dedikdə məqsəd hər cür zərərə şamil olur. İstər ideoloji zərər olsun, yaxud xeyir yolunda, bədəndə, mal, ünvan və övlad barədə olmuş olsun.
Yuxarıdakı ayələr haqqında bir neçə nöqtə:
1 – Qeyd olunan ayələr həqiqətdə tövhidi-əf`aliyə işarə edir. Qeyd edək ki, tövhidi-əf`ali - yəni davranış və hərəkətlərdə tövhid o deməkdir ki, mövcud hadisələrin hamısı Allahın qüdrətindən nəş`ət tapır. Ancaq Allah Öz işlərində heç bir kəsin yardımına ehtiyaclı deyil. Yəni bu aləmdə hər bir şey Allaha qayıdır. Hər bir iş Onun tərəfindəndir. Odur ki, öz hikmətilə möminləri müvəffəq və qalib edir. Odur ki, Öz ədalətilə azğınları cəzaya uğradır.
Aydındır ki, bunun onunla heç bir ziddiyyəti yoxdur. Çünki Allah bizə güc və qüvvət vermişdir ki, onun vasitəsilə öz fayda və ziyanımızın bir hissəsinin sahibiyik. Biz öz müqəddəratımız barədə götür-qoy edə bilərik. Başqa ifadə ilə desək, bu ayə “zati ilə” olan malikiyyəti rədd edir, “özgə ilə” olanı deyil. “İlla ma şa`əllah” cümləsi (Yalnız Allahın istədiyi) bu mövzuya qərinədir. (Qərinə danışan kəsi əslində demək istədiyi, vurğuladığı mətləbdir).
2 – Quran demir ki, heç bir insan başqasına zərər vura bilməz. Əksinə, deyir ki, Allahın icazəsi olmadan belə bir zərər yetişdirə bilməz. Əlbəttə, bəzən Allah Öz düşmənlərinə də belə bir icazə verir.
Müəllif: Farid Abdullah