Qadin.NET / Ölümdən sonra...

Ölümdən sonra...

 

 

 

Ölümdən sonra...

 

Kafir bəndə də bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətirilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar. Bundan somra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir:"Ey xəbis nəfs!(ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!" Kafirin nəfsi(ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər.Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər:"Bu xəbis nəfs kimindir?". Deyirlər:"Filankəs oğlu filankəsdir". Onu dünyada daşıdığı ən pis adlarla sadalayırlar və onunla birinci səma qstına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər(s.a.s) bu ayəni oxudu:"Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk"(əl-Əraf,40) Bundan sonra Uca və Böyük olan Allah buyurur:"Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə-Siccinə!"

 

Ölümdən sonra...

Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur:"Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa da) qaytaracağam və (torpaqdan da) dirildəcəyəm". Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər(s.a.s) bu ayəni oxudu:"Allaha şərik qoşan kimdə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər"(əl-Həcc,31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar:"Sənin Rəbbin kimdir?" O deyir:"Mmm... bilmirəm?!" "Dinin nədir?" O deyir:"Mmmm.... bilmirəm?!" "Sizə göndərilən o adam kimdir?" O deyir:"Mmm... bilmirəm?!" Onda mələklər qışqıraraq:"O,Muhəmməddir!" O isə:"Mmm... bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim" Onlar:"Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)". Səmadan dəs gəlir:"O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapısını onun üzünə açın!" Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, mirdar libaslı və çox pis qoxulu biri gəlib deyir:"Mən sənin yanıma elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür" Kafir təəccüblü halda soruşur:"Sən kimsən? Sənin sifətindn zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir". O deyir:"Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!" Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə (hansı ki, bu dünyadakı dağa vurulsaydı, onu toz dənələrinə döndərərdi) kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılıt və o qışqıraraq deyir:"Ya Rəbbim! Qoy qiyamət gəlməsin!" (İmam Əhməd 4/287, 295-296; əl-Albani "Əhkəmul Cənaiz", s.202; Əbu Davud 4753; İbn Kəsir 2/131; İbn Həcər 3/234, 240)

14 iyul 2017
GO BACK