Kafir bəndə də bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətirilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar. Bundan somra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir:"Ey xəbis nəfs!(ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!" Kafirin nəfsi(ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər.Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər:"Bu xəbis nəfs kimindir?". Deyirlər:"Filankəs oğlu filankəsdir". Onu dünyada daşıdığı ən pis adlarla sadalayırlar və onunla birinci səma qstına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər(s.a.s) bu ayəni oxudu:"Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk"(əl-Əraf,40) Bundan sonra Uca və Böyük olan Allah buyurur:"Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə-Siccinə!"
Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur:"Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa da) qaytaracağam və (torpaqdan da) dirildəcəyəm". Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər(s.a.s) bu ayəni oxudu:"Allaha şərik qoşan kimdə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər"(əl-Həcc,31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar:"Sənin Rəbbin kimdir?" O deyir:"Mmm... bilmirəm?!" "Dinin nədir?" O deyir:"Mmmm.... bilmirəm?!" "Sizə göndərilən o adam kimdir?" O deyir:"Mmm... bilmirəm?!" Onda mələklər qışqıraraq:"O,Muhəmməddir!" O isə:"Mmm... bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim" Onlar:"Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)". Səmadan dəs gəlir:"O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapısını onun üzünə açın!" Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, mirdar libaslı və çox pis qoxulu biri gəlib deyir:"Mən sənin yanıma elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür" Kafir təəccüblü halda soruşur:"Sən kimsən? Sənin sifətindn zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir". O deyir:"Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!" Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə (hansı ki, bu dünyadakı dağa vurulsaydı, onu toz dənələrinə döndərərdi) kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılıt və o qışqıraraq deyir:"Ya Rəbbim! Qoy qiyamət gəlməsin!" (İmam Əhməd 4/287, 295-296; əl-Albani "Əhkəmul Cənaiz", s.202; Əbu Davud 4753; İbn Kəsir 2/131; İbn Həcər 3/234, 240)
XƏBƏR LENTİ
Şaxta baba və Qar qız qadağan olunub.
Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
Stil ikonu olmaq üçün 7 qayda
"Barsa" qışda kimi transfer edəcək?
161 nəfər meningit oldu
Azərbaycanda peşə məktəblərinin müəllimlərinin maaşı fərqlənəcək
Alma içlikli bulkalar (foto resept)
Əsl fədakarlıq bax, budur...
Yataq dəstləri modelləri
Hadisənin yeni döymələri diqqət çəkdi-FOTO
UNESCO Aya Sofyaya görə Türkiyəyə etiraz ünvanladı
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
1912-ci ildə dünya gözəli seçilən azərbaycanlı qadın
Heydər Əliyevin qələbələri xalqın ürəyində əbədi yaşayacaq - Mehriban Əliyeva
Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi
Hava haqqında
Azərbaycan dünyanın 25 ən təhlükəsiz ölkəsi sırasındadır!
Burak saçlarını uzatdı-FOTO
Bakıda köhnə mənzillər ucuzlaşıb
Uşaq ölümünü uşağa necə izah etməli?
Saçları gücləndirən və qoruyan maska
Konfutsidən ibrətamiz nəsihətlər
Britaniyanın Baş naziri koronavirusa yoluxdu
Çin xarici brendlərdən imtina edir
Duzlu saç maskaları
Şahzadə Uiliyamın ledi Dianaya SON SÖZLƏRİ
Hamiləlik zamanı bel ağrıları
Bəşəriyyətin ən zəngin adamı
Spenserin düşüncələri
Arıqlayan aktrisanı heç valideynləri də tanımadı-FOTO
Bazar və yarmarkalar şəhər mərkəzindən çıxarılır
Bodrumda 4 gün 4 gecə möhəşəm toy oldu-FOTO
Bu maşın 14 milyon dollara satıldı
500 qram doğulan körpə böyüdü - FOTO
İstanbulda yenə Ebola həyəcanı
Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
105 yaşında ölən yapon həkimdən uzunömürlülük sirri
""Barsa" mənə şans verməsə, komandanı tərk edəcəm"
Sabah 43 yaşlı abituriyent imtahan verəcək
Gülnar Salmanova vəfat etdi
Küləklə bağlı RƏSMİ xəbərdarlıq
Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
Təəccübləndirən məlumatlar
Alimlər açıqladı: İstilərin koronavirusa təsiri... – Yeni xəbər var
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
Sen Qallen rahibinin əsərindən 2-ci hissə
- ŞƏRHLƏR