Qadin.NET / Avqust ayında rahat oruc tutmanın yolları

Avqust ayında rahat oruc tutmanın yolları

Avqust ayında rahat oruc tutmanın yolları


Uzun yay günlərində asan oruc tutmaq üçün mütəxəssislərin əhəmiyyətli tövsiyələri vardır: ''Bol bol meyvə, qatıq və taxıllı çörəkdən istifadə edin. Sahura mütləq qalxın. Yağlı və ağır yeməklərdən qaçının''

Pəhriz mütəxəssisi Zeynəb Caferoğlu, Ramazan ayında fərdlərin bəslənmə vərdişlərinin əhəmiyyətli ölçüdə dəyişdiyini ifadə edərək "Üç ana yeməkdən ibarət olan gündəlik qidalanma nizamı, iftar və sahur olmaq üzrə iki yeməyə düşür. Bu səbəblə insanlar uzun müddət aç qalacaqları üçün daha çox qidalanmağa, xüsusilə də yağlı və kalorili yeməklər yeməyə yönəlir" deyə danışdı.

SAHURA MÜTLƏQ QALXMAQ LAZIMDIR


Pəhrizçi Caferoğlu, uzun yay günlərinə tuş gələn Ramazan ayının rahat keçirilə bilməsi üçün sahura mütləq qalxılması lazım olduğunu dilə gətirdi. "Sahur yeməyi, fərdləri oruca hazırlayan ən əhəmiyyətli yeməkdir" deyə danışan Caferoğlu, sahurda çox yemək yerinə daha yavaş həzm edilən və daha uzun müddət toxluq hissi təmin edən zülallı və lifli yeməklərin seçilməsi lazım olduğunu qeyd etdi. Caferoğlu, bu qidaları belə sıraladı: "Kəpəkli çörək kimi tam taxıllı məhsullar, pendir və qatıq kimi süd məhsulları, yumurta, tərəvəz və meyvələr." Lifli yeməklərin seçilməsiylə Ramazan aylarında tez-tez görülən qəbizlik probleminin də önünə keçilə biləcəyinin vurğulayan Caferoğlu, "Tez acmağa səbəb olduqları və qəbizliyə səbəb olduğu üçün ağ undan hazırlanmış xəmir işləri və şəkərli yeməklərdən qaçınmaq lazımdır" -deyə qeyd etdi.

İFTAR YEMƏYİNİ İKİYƏ BÖLÜN

İftarı iki paya bölünməsinin də faydalı olacağını izah edən Zeynəb Caferoğlu, belə danışdı: "Bütün gün aç qalan insanlar iftar payında 3-4 növ yeməyi bir yerdə və sürətli bir şəkildə yeyərək boş mədəyə birdən-birə yüklənirlər. Bu isə, mədədə ağırlıq, bulanma, qaz, yanma və qəbizlik kimi problemlərə səbəb olur. Bu problemləri önləmək üçün, iftar su və ya xurma ilə açıldıqdan sonra pendir, zeytun, xurma, quru ərik kimi yağ nisbəti az olan iftarlıqlar və 1 kasa şorba ilə bir neçə dilim kəpəkli və ya tam taxıllı çörək yeyilməlidir. Yarım və ya bir saat ara verildikdən sonra axşam yeməyinə keçilməlidir." Caferoğlu, ikinci pay üçün qızartma, qaynatma və ya sobada bişirilmiş ət, toyuq və ya balıq yeməkləri ilə zeytunyağlı tərəvəz yeməkləri və ya ətli tərəvəz yeməkləri və yanında salat, qatıq və bir neçə dilim çörəkdən ibarət olan menyuların ideal olacağını ifadə etdi.

İşiniz yoxsa gündüz küçədə olmayın

Oruc tutan kəslər, əgər bir zərurət yox isə, çox isti havalarda çölə çıxmamağa diqqət göstərməlidirlər. Əgər çölə çıxılacaqsa səhər erkən ya da axşamüstü saatlar seçilməlidir. Açıq havada işləyən oruclu kəslərin düz gələn günəş işığından qaçınmaları, xüsusilə bol və açıq rəng geyimlər seçmələri lazımdır.

Kölgədə fasilə etməyə laqeyd yanaşmayın


Oruc tutmaq istəyən xroniki xəstələr həkim nəzarətində olmalıdırlar

Yay aylarında oruc tutarkən bəzi xəstə qruplarının da xüsusi olaraq diqqət yetirməsi lazım olan vəziyyətləri vardır. Yüksək təzyiq, xroniki narahatlığı olan xəstələr, ürək və böyrək problemi olan xəstələr isti havalarda mütləq həkimləri ilə məsləhətləşərək oruc tutmalı; qidalanma nizamlarında böyük dəyişiklik etməməli və dərmanlarını axsatmamalıdır. İsti hava və maye itkisi səbəbiylə bu tip xəstələrin ümumi vəziyyətlərində pozulma ola bilər. Yenə çox yaşlı kəslərin də maye itkisi və istiyə daha həssas olduqları unudulmamalıdır. Bu tip kəslərin oruc tutmağa başlamadan əvvəl həkim müayinəsindən keçmələri məsləhətdir.
11 avqust 2010
GO BACK