Fotomontaj effekti
Əvvəlcə montaj etmək istədiyimiz 2 şəkli açırıq, şəkillər bir birinə uyumlu olmalıdı (şəkildəkiləri daha yaxşı görmək üçün şəkillərin üstünə basıb böyüdə bilərsiz).
Daha sonra kəsmək istədiyimiz şəkli götürürük və Edit in Quick Mask Mode (Q) basırıq.
Düyməni 2 dəfə üst-üstə basırıq və belə bir pəncərə açılır, şəkildəki kimi edin.
Sonra isə alətlər panelındən Brush Tool (B) seçirik.
Yuxarıdan isə ölçünü istədiyimiz kimi böyüdüb-balaçalaşdırırıq.
Daha sonra kəsmək istədiyimiz hissəni rəngləyirik və belə bir nəticə alınır.
Rənglənən artıq yerlər olarsa, onları EraserTool (E) ilə silə bilərsiz.
Sonra isə Magıc Wand Tool(W) seçirik və rənglədiyimiz hissənin üstünə vururuq.
Sonra isə sag tərəfdə həmin şəklin üstünə mausun sol tuşunu basırıq və şəklin Dublikat layer edirik, sonra isə şəkil belə olur.
Daha sonra Move Tool(V) seiiık və ayırdıgımız hissəni sürüşdürərək digər şəklin içinə salırıq.
Şəkli böyüdüb-balacalaşdırmaq üçün Ctrl+t basın və uc hissələrindən dartın.
Sonra isə şəkli yaddaşda saxlayın, bu da alınan nəticə və digər hazırladıqlarım.