Qadin.NET / Fransız dili-Dərs 11

Fransız dili-Dərs 11


Oxu qaydaları:
1.“x”hərfi sözlərin sonunda oxunmur:

les yeux, vieux, sérieux, paresseux

2. Əlaqə (liaison) zamanı “neuf” sayının sonundakı “f” hərfi heure və “ans” sözlərinin qarşısında [v] kimi oxunur: neuf heures, neuf ans.

Qrammatika:

1. Fransız dilində vaxtı bildrmək üçün “il est” ifadəsindən istifadə пїЅdilir: Il est dix heures. Il est neuf heures.

2. Sifətlər aid olduğu isimlə cinsə və kəmiyyətə görə uzlaşır. Qadın cinsində sifətlərin sonuna “e”, cəmdə isə “s” əlavə пїЅdilir:

Le père est seul. La mère est seule.

Cette jeune fille. Ces jeunes filles.

3. Sonu ”et” ilə bitən sifətlər qadın cinsində “ette” sonluğunu qəbul пїЅdir:

Cadet – cadette

4. Sonu ”eux” ilə bitən sifətlərin sonuna “-euse” şəkilçisi artırılır: Heureux – heureuse, sérieux-sérieuse

5. Fransız dilində sifətlərin əksəriyyəti isimdən sonra işlənir: Regardez cette fleur bleue. Sa soeur cadette habite à Marseille.

Bəzi sifətlər fransız dilində isimlərin qarşısında işlənir: ce vieux monsieur; cette belle place, mes jeunes amis.

12 yanvar 2011
GO BACK