Qadin.NET / Azərbaycan dili - XIV dərs

Azərbaycan dili - XIV dərs

 

 

Miqdar sayları

Miqdar sayları əşyanın miqdarını bildirir və nə qədər? neçə? suallarına cavab olur.

Midar sayının 3 növü var:

1. Müəyyən miqdar sayları

2. Qeyri- müəyyən miqdar sayları

3. Kəsr sayları

Müəyyənlik bildirən miqdar sayları

Miqdar saylarının bu növü əşyanın konkret miqdarını bildirir. 1-dən baş.layaraq sonsuzluğa qədər artır və sonsuzluqdan 1-ə qədər azalır.

Quruluşca sadə və tərkibi olur. Başqa nitq hissələrindən say düzəlmir.

Müəyyənlik bildirən miqdar sayları bir kökdən və bir morfemdən ibarət olur. Dilimizdə müəyyənlik bildirən 22 sadə miqdar sayı var. Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış,yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard. Milyon və milyar alınma, qalanları sırf öz dilimizə məxsusdur.

Sadə sayların birləşməsindən tərkibi saylar yaranır. Müəyyənlik bildirən sadə sayların tərkibi say kimi birləşməsinin 10-dan 100-ə qədər bir üsulu, 100-dən 1000-ə qədər də başqa bir üsulu vardır.

10-dan 100-ə qədər əvvəl onluqlar, sonra təkliklər işlənir. Məsələn: iyirmi beş, otuz iki və s.

100-dən yuxarı işə qarışıq şəkildə işlənə bilir. Məsələn: yüz əlli iki min, on beç min, iki yüz min və s.

Tərkibi saylar yanaşma üsulu ilə yaranır.

Müəyyənlik bildirən miqdar sayları isimlərdən əvvəl işləndikdə sayla isim arasında numerativ sözlər işlənir. Cüt, baş, ədəd, dəst, parça, tikə ,dənə, nüsxə, cild, qatar, qətrə, top, nəfər, göz, para və s. Bu sözlərin əksəriyyəti müstəqilliyini itirmiş isimlərdir. Məsələn: 3 göz otaq, 1 cüt ayaqqabı, bir tikə çörək, 10 baş heyvan və s.

Müəyyənlik bildirən miqdar sayları içərisində ən çox işlənəni bir sözüdür. Bir sözü müxtəlif məqamlarda işlənir.

1. Əşyanın konkret və dəqiq miqdarını, miqdar saylarının birincisini bildirir. Məs: 1 kitab, iki qələm və s.

2. Qeyri-müəyyənlik bildirən ədat kimi.Məs: Sənə bir söz demək istəyirəm.

3. Qüvvətləndirici ədat kimi. Məsələn: Böyük bir binanaın arxasındakı yaşıllıqlar tamamən yox olmuşdu.

4. Zərfdən sonra təkid bildirən bir ədat kimi. Məs: Sən sabah bir bizə gəl, mən sənə hər şeyi başa salacam.

5. Az, çox, xeyli, qədər, neçə sözlərilə birləşərək qeyri-müəyyənlik yaradır. Məs: bir neçə kitab, bir qədər un, bir az duz və s.

6. An, vaxt, zaman, gün, ay, dəfə sözlərilə birləşərək zaman zərfləri əmələ gətirir.Məs: bir an, bir zaman, bir dəfə və s.

7. Təhər, sayaq, cür sözlərilə birləşərək tərz zərfləri əmələ gətirir.

Bir sözü -ca, -cə ədatı ilə də işlənir.Məs: Sənin bircə sözün mənə kifayətdir.

 

Azərbaycan dili - XIV dərs
6 mart 2013
GO BACK