Qadin.NET / Azərbaycan dili - V dərs

Azərbaycan dili - V dərs

Mürəkkəb isimlər 

Azərbaycan dili - V dərs

 

       Mürəkkəb isimlər sintaktik yolla yaranan, çox vaxt iki və bəzən də üç sözün birləşməsindən ibarət olub yalnız bir məfhumu bildirən isimlərdir.

      Quruluşuna və ifadə vasitələrinə görə mürəkkəb isimlər bir neçə qrupa ayrırlır:

  I. Yanaşma əlaqəli birləşmə şəklində formalaşan mürəkkəb isimlər. Bu isimlərin tərəfləri müxtəlif nitq hissələrindən düzəldilmişdir.(I növ)

   a) Isim +isim = qayınata, dəmirağac, Gülbahar, Gülçöhrə, Yazgül

   b) Sifət+ isim = ağcaqanad, qaratoyuq,Ağdam, Ağsu, Qarabala

   c) Say+isim = üçbucaq, qırxayaq, dördbucaq

   d) Müxtəli nitq hissələri + -lıq şəkilşisi = qohumbazlıq, oyunbazlıq, ayrıseçkilik,başəpozuqluq, qaragünlülük

  II. Qarşılıqlı tabelelilik əlaqəsində olan ismi birləşmələr əsasında düzələn mürəkkəb isimlər.(II növ) Bu isimlərin birinci tərəfi yiyəlik halda, ikinci tərəfi isə üçüncü şəxs mənsubiyyət şəkilçili olur. Məsələn: dəvədabanı (dəvənin dabanı) , əmioğlu (əminin oğlu), ayaqqabı (ayağın qabı) və s.

Zadə ,oğlu sözlərinin xüsusi adlara qoşulması ilə də mürəkkəb isimlər yaranır və II növ mürəkkəb isimlərə aid edilir. Ağaoğlu, Həsənzadə

  III. Təkrar olunan isimlərin tərəfləri ha, a, ə bitişdiriciləri ilə birləşərək mürəkkəb isim yaradır.I söz kar samitlə qurtardıqda a, ə bitişdiriciləri, cingiltili samit və ya saitlə qurtardıqda isə ha biişdiricisi istifadə olununr. Məsələn: basabas, qaçaqaç, gəlhagəl, vurhavur və s.

 

  IV. İsimlərin təkarı ilə yaranan mürəkkəb isimlər. Məsələn: top-top (oyunu), tıq-tıq (xanım)

  V. Yaxın və ya əks mənalı sözlərin birləşməsilə.Məsələn: bacı-qardaş, dərə-təpə, gəliş-gediş.

  VI. İsimlərlə feli sifətin birləşməsilə yaranan mürəkkəb isimlər.Belə isimlərin tərəfləri:

   a) Birinci tərəf adlıq halda- gündoğan, günbatan, oxatan

   b) Birinci tərəf yönlek halda- günəbaxan, evəgələn,

   c) Birinci tərəfiqeyri-müəyyənlik bildirən təsirlik halda- aşsüzən, qəlbqıran, samandöyən

  VII Qoşa sözlərdən yarananlar: dava-dərman, uşaq-muşaq, yan-yörə

  VIII Az hallarda üç sözdən ibarət mürəkkəb sözlər var: əlüzyuyan, pal-paltarsatan,qaraçörəkotu

     Bundan əlavə dilimizdə cümlə şəklində formalaşməç sözlər də var: vurçatlasın, çaloynasın, qarabasdı, alışdımyandım və s.

 

     Tapşırıq. 

          Mürəkkəb ismin hər qrupuna aid 5 söz taparaq yazın.Şərhlərdə aydın və səliqəli şəkildə qeyd edin.

6 noyabr 2012
GO BACK