Qadin.NET / Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (3)

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (3)

Щ‚Щ„ШЁRo-Xe-Sa Щ‚Щ„ШЁ  (Redaktor)

 Çox qadınlar kimi yemək bişirmək işi evdə mənim üzərimə düşür. Xoşladıgım yeməklər çoxdur. Milli yeməklərimizin hamısını hazırlayıram və xoşlayıram, amma ən çox xoşladığım yarpaq dolması, pomidor çığırtması, göy paxla, dovğadır. Şirniyyat isə yaralı yerimdir. Mən şirniyyatı çox sevirəm, axır vaxtlar az hazırlayıram, çünki artıq çəkim artıb. Amma gün ərzində şirin nəsə yeməsəm, dayana bilmirəm.


SəRRaS (Nəzarətçi)

Azərbaycan mətbəxindən, hərdən isə türk mətbəxindən başqa heç yerin yeməklərin yemərəm acımdan ölsəm belə... Normal halda hər yerdə hamının bişirdiyi yeməkləri yemirəm, amma dadlı yeməyə yox deyə bilmirəm... Amma əgər günlərlə yemək olmasa, heç istəmərəm. Su, şirə kimi şeylərlə başımı qataram. Onu da deyim ki, ailə həyatı qurana qədər evimizdə mətbəxə keçməmişdim. Anam elə deyirdi ki, "Öyrən, bu gün-sabah lazım olacaq". Deyirdim: "Mənə deyiblər ki, əsas sənsən (amma elə deyilmiş, indi bir gün sevdiyi yeməkdən bişirməsəm, vay halıma)". İlk dəfə burda bişirdim və hamının xoşuna gəldi. Düzdür, bəzi bilmədiklərimi qaynanam öyrədib, bəziləri də var ki, hələ də bilmirəm. İnşAllah, onları da öyrənəcəyəm. Məsələn, xəmir yoğura bilmirəm, qorxuram ki alınmaz. Amma çox istəyirəm öyrənim. Gəldiyim birinci bayram idi. Qaynanam rayonda idi, mənə zəng elədi ki, "aş suz". Mən də hələ etməmişdim. Telefonda başa saldı, bişirdim. Axşam onu süfrə üzünə çıxara bilmədim. Yoldaşım dedi-güldü. Onu da deyim ki, qorxumdan hələ də aş bişirmirəm. Bir xasiyyətim var ki, bişirdiyim şirniyyat, ya da yemək alınmasa, oturub ağlayıram. Yeməyin üstündə hədsiz çox əsirəm, ta ki yemək bişənə qədər mənimki mənə dəyir. Şirniyyat bişirəndə isə neçə dəfə Ayətül-kürsü oxuyuram. Sobaya qoyanda da başında gözləyirəm, gözlərimi çəkmirəm ordan... Mənim ən çox sevdiyim yemək yarpaq dolmasıdır, amma toylarda, ya da harasa qonaq gedəndə onu yemirəm.. Sevdiyim yeməklər plov, yarpaq dolması, badımcan dolmasıdır. Quru yeməkləri, salatları, dondurmanı çox sevirəm. Yemək yeməsəm yadıma düşməz, amma yay-qış hər gün bir dənə dondurma yeməliyəm. Şirniyyat isə olmazsa olmazımdır. Tortları sevirəm, elə olur günlərlə diliməyemək vurmuram, ancaq tort yeyirəm. Amma yenə də gərək biləm ki, kim bişirib. Bu arada ən çox sevdiyim şirniyyat tiramisudur. Şokaladı çox sevirəm. Allahdan arzumdur ki, bütün süfrələr bol ruzili olsun.

Məryəm (Sapfir)

Kababı çox sevirəm və ətdən hazırlanan bütün yeməkləri sevirəm. Yumurta-pomidor yeməyini də çox sevirəm. Şirniyyatları elə də çox sevmirəm.

Ayka Nəcəf (Yaqut) 
Mən də bütün xanımlar kimi dadlı yeməklər bişirməyi bacarıram. 12 yaşımdan yemək bişirməyi öyrənməyə başlamışam. Bir-iki dəfə dadsız bişirsəm də sonralar anamdam öyrəndim. İndiki vaxtım üçün bildiklərim və öyrəndiklərim əlimdən tutur. 13 il az vaxt deyil məncə.  3 ildir ailə qurmuşam və yoldaşım yemək barəsində o qədər vasvasıdır ki, hərdən "Nə yaxşı ki, mən çıxmışam qarşısına" deyə düşünürəm. Yeməkləri bişirmək qabiliyyəti mənə qanla keçib. Anam da, xalalarım da ləziz yemək bişirirdilər. Hamı bişirdiyim yeməklərdə anamın yeməklərinin tamı olduğunu deyir. Anam 6 ildir ki, həyatda yoxdur, amma onun mənə oyrətdikləri və onun kulinariya dəftəri mənə qoyub getdiyi mirasdır.
Çox şükür Allaha ki, Azərbaycan kimi ölkəyə hər bir neməti qismət edib. Bizim vətənin hər bölgəsinin özünəməxsus ləziz yeməkləri var. Bütün yeməkləri sevirəm. Və bu gözəl yeməkləri bişirə də bilirəm. Sevmədiyim və ya yemədiyim bir təam yoxdur. Ən çox sevdiklərimsə ləvəngi, dolmalar - kələm, yarpaq, pomidor, bibər, badimcan dolması, qovurmalı aş və döşəmə plovdur. Şirniyyatlardansa keks, biskvit, paxlavanı sevirəm. Tortlardan yalniz "Ballı", "Eskimo" və "Napaleon" tortunu sevirəm.
İstədiyimi sevə-sevə bişirib yeyirəm.Amma anamın bişirdiyi yeməkləri dadmaq həsrəti həmişə məndə olacaq.
Allah bütün evlərdən ruzi-bərəkəti, gözəl yemək qoxularini və süfrələrdən dadli təamlari heç bir zaman əskik etməsin.Amin.Süfrələriniz dolu və bərəkətli olsun.

Günel Əsədova (Yaqut)

Allahın verdiyi nemətlərimizə min şükür. Rəbbimiz vətənimizin hər guşəsini bol ruzili, bərəkətli eləsin.O qədər dadlı, ləzzətli nemətlərimiz var ki, heç seçim edə bilmirəm. Bilirsinizmi, vətəndən uzaqda yaşayanda, onun gözəl çörəyini, suyunu dadmayanda və sonra gəlib o nemətləri dadanda bir başqa olur. Daha dadlı, ləzzətli olur. İnanın ki, pendiri də, qatığı da, göyərtisi də gözəl dadır, ləziz olur. O ki qaldı milli yeməklərimizə, dünyada tayı-bərabəri yoxdur, dadına, ətrinə çata bilməz dünyanın ən gözəl yeməkləri. Allahın bu gününə min şükür ki, hər evdə, hər ocaqda bu gözəl nemətlərdən var. Mən seçim edə bilmirəm, hamısı gözəldir. Siz məni ya görməmiş, ya da qarınqulu hesab etməyin. Bura gələndən adicə çayı da agız ləzzəti ilə içməmişəm.Oranın suyu ilə dəmlənmiş ən ucuz çay da ləzzətlidir. Plovlarımız da gözəldir, dolmalarımız da, paxlava-şəkərburamız da, gəlinlərimizin, qızlarımızın hər gün yeni icad etdikləri bütün şirniyyatlar da gözəldir, ləzzətlidir. Allah yurdumuzu daima ruzili,bərəkətli eləsin.Amin!

Səmədova (Yaqut)

Mənim xüsusi sevdiyim xörək yoxdur, hamısını demək olar ki, eyni dərəcədə sevirəm. Amma nisbətən sobada bişmiş toyuğu, balıq ləvəngisini, qoz küküsünü xoşlayıram. Bibərdən isə, GulenaY demiş, zəhləm gedir. Eləcə də onun içində olduğu heç bir salatı, xörəyi xoşlamıram...

İNCİ_ƏliYEVA (İstifadəçi)

Quba bölgəsində "kor dolma" deyilən bir yemək var, yarpaq dolmasının "yalançı" formasıdır. İçinə ət əvəzinə göyərti, kartof, yumurta, düyü, duz, istiot qoyulub bişirilir.  Hətta ətlə bişən dolmadan daha dadlı olur. Həmin yeməyi cox sevirəm. Kartof qızarması üçün urəyim gedir. Baliq ləvəngisini cox sevirəm. Yay fəslində doğramacı çox sevirəm. Onu da qatıq, xiyar, göyərti, çörək, su və duzla hazırlayırlar. Meyvəli tortları, "Napaleon" tortunu, Quba paxlavasını, firnini, Novruz bayramında hazırlanan səməni halvasını cox sevirəm.


Kəmalə Məmmədova (İstifadəçi)

Hər bir yeməyin mənim üçün xüsusi yeri var, yəni iştaham pis deyil. Amma ən sevdiyim yemək xəngəldir. Yanında da sarımsaqlı qatıq, qoyun ətinin yağlı yerindən olan qovurması... Bəh-bəh, olsa hər gün yeyərəm. Onu da deyim ki, anamdan başqa heç kimin bişirdiyi xəngəli bəyənmirəm. Anam bir başqa dadla hazırlayir. Özümün də bişirdiyim yarpaq dolmasından başqa heç bir dolmanı bəyənmirəm. Mən dolmanı pip yarpağı ilə hazırlayıram. Bu yarpağın başqa adı varmı, bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, göyərti kimi səpilir. Uzunsov yarpaqlardır, bir illik bitkidir. Dolması çox gözəl, zərif və dadlı olur. 

 Ən çox sevdiyim salat vineqretdir. Daha sonra holland pendiri ilə hazırlanan salatları da bəyənərək yeyirəm. Lazim olanda özum də hazırlayıram.

Bütün mürəbbələrin dadi gözəldir, amma evin xanımı özü hazırlayarsa, o, hər şeydən gözəl və dadlı olur.Qızılgül mürəbbəsi ən sevdiyim mürəbbədir ki,onu yalnız özüm bildiyim kimi hazırlayiram və dadı da əla olur. Gülün ləçəklərini almıram,həyətimizdə 25 qızılgül kolu var ki, onlardan yığıb hazırlayıram. Bu haqda bir maraqlı əhvalat da gəlib başıma.Bir dəfə qızılgül mürəbbəsi bişirmək üçün ləçəkləri dərib yudum və ləyənə tökdüm ki,suyu getsin.Gedəsi yerim olduğum üçün qoyub getdim.Evə gəldiyim zaman nənəmin ocaqda dayanıb mürəbbənin köpüyünü aldığını gördüm. Nənəm mənə dedi ki, "ay qız, gəl bunun tamına bax. 3 saatdı qaynayır,amma hazır olmur". Sən demə, mən gedəndən sonra nənəm iş görmək istəyib. Fikirləşib ki, mürəbbəni bişirsə, yaxşı olar.Gözləri yaxşı görmədiyi üçün şəkər tozu əvəzinə duzu töküb ləçəklərin üzərinə. Nənəmə o qədər güldüm ki. Kaş ki, indi sağ olaydı...

Şirniyyatlardan ən çox evdə bişirdiyim ekler pirojnası, "Napaleon" tortu, bir də Qadin.Net-də qoyulan bəzi kekslərdir. Allah hamiya ruzi-bərəkət versin.

 

Vefa Akbarova (istifadəçi)

Mənə elə gəlir ki, bütün Azərbaycan xanımlari iştahlı olduğu kimi mənim də iştaham pis deyil. Mən milli mətbəximizdən yarpaq dolmasini çox sevirəm. Şirniyyatlarımızdan isə çox sevdiyim paxlavadır. Xarici mətbəxin salatlarını çox sevirəm. Məsələn, Yunan  salatını. Yeməklərdən isə suvanı. Çox istiotlu yeməkdir. Şirniyyatlardan isə tiramisu çox dadlı olur. Mənə elə gəlir ki, bizim milli xörəklərimizə heç bir yemək çatmaz. Elə deyilmi?

 Xəlilova Münəvvər (İstifadəçi)

Yemək bişiriməyi uşaqlıqdan xörəkləri yandıra-yandıra öyrənmişəm. Anama həmişə deyirdim ki, mənə yemək bişirməyi öyrət. O da deyirdi: "Ərə gedəndə öyrənəcəksən". Mən isə ona qulaq asmayıb bişirirdim. Elə yeməklər var ki, uşaqlıqda xoşlamasam da, indi cox sevirəm. Məsələn, milli xörəklərdən düşbərəni, kababı (amma basdırma, kəklikotlu), dovğa, yarpaq dolması, üç rəngli dolma, yəni pomidor-bibər-badlmcan dolmasını da, sulu xörəkləri də sevirəm. Ara yeməklərdən salatları da seviəm. Xarici mətbəxin yeməklərindən pizza, langeti xoşalyıram.

Şirniyyatdan şəkərburanı, tortlardan "Napaleon" və "Ballı" tortu, ekleri, kişmişli bulkini çox sevirəm.Yemək bişirmək də mənə zövq verir, şirniyyat hazırlamaq da. Hamı da mənə deyir ki, əlimin duzu var. 

9 iyun 2013
GO BACK