Qadin.NET / Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)

 

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)

 

Əziz Qadin.Net xanımları. Deyəsən mənim şipşirin xəbərim hamınım marağına səbəb olub. Keçən dəfəki xəbərimdə qeyd etmişdim ki, bu xəbərimin 2-ci hissəsi də olacaq. Hazırlamışam, inşaAllah bəyənərsiz və maraqla oxuyarsız. Əgər istəklər çox olsa xəbərimin növbəti hissələrini də hazırlayacam.

Shoko (Ekspert)

Sevdiyim şirniyyatlar: Bütün şirniyyatları xoşlayıram, əsas tortlar, bütün tortları iştahla yeyirəm. Son zamalar isə şərbətli şirniyyatları daha çox xoşlayıram. 25 ildə helə heç vaxt Novruz bayramında bişən paxlavanın dadına özüm öz xoşumla yeyib baxmamışdım, hər dəfə kimsə məcbur edirdi, amma bu il o qədər paxlava yedim ki, hamı, elə özüm də məətəl qaldım. lol Hətta indi də olsa yeyərdim. Bir də Bamiyə. Keçən dəfə bir qonaqlıqda Bamiyə yedim, dəhşət xoşuma gəldi, hələ ev yiyəsinə də dedim ki, bundan mənim üçün qoy, evə də aparacam.biggrin Hələ də o Bamiyənin dadı damağımda qalıb desəm yalan olmaz. Sevdiyim yeməklər isə çox azdı: əsas quru yeməkləri xoşlayıram - salatlar, pizza, lahmacun, noxudlu dovğa, aş, paxlalı yeməklər...

 

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)
Ləman_ (Sapfir)
 İlk öncə sizə təşəkkür edirəm bu xəbərdə mənə də yer ayırdığnız üçün. Yeməklərin, şirniyyatların çoxunu sevirəm, əlbəttə damaq dadıma uyğun olanları. Milli mətbəximizin bütün yeməkləri dadlıdır. Uşaq vaxtından marağım olub. Bir gün paytaxt salatı etdim. Tərkibinə 1 kq xama əlavə etdim. Dedilər buna alma vuranda yaxşı olur, mən də alma vurdum, sonra gördüm salat turşuyub, elə pis oldum ki, niyə belə oldu atdım toyuqlar yedi. lolBir gün də evdə təkəm, balacayam, onda dedim halva bişirim, halvanı bişirəndə 1 qaşıq duz tökdüm, sonra gördüm halva bütöv duzdur, yeyə bilmədim, tez atdım ki, gəlib görən olmasın. sarcasti Məndə bir xasiyyət var, hansı yemeyi bişirdim xoşum gəlməsə, deyirəm dietadayam.mocking Bir gün sosiska və kartofdan keks etdim, amma gördüm heç yaxşı çıxmayıb, yemədim, dedilər niyə yemirsən, dedim day doydum, dayım oğlu ilə qardaşıma yedizdirdim, dayım oğlu yeyib sonra vəziyyəti pisləşib,  loldaha yemədilər. Hazırladığım yemək ya şirniyyat yaxşı çıxmayanda çox pis oluram. Yeməyi də, bişirməyi də çox sevirəm. Nəsə bişirəndə çox sevnirəm. 
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)
Pervane (Yaqut)
Ayka bacı, ilk öncə sənə təşəkkürümü bildirirəm. Çox sağ ol ki, məni də xəbərinə dəvət etdin. Mən bütün yeməkləri və şiriniyyatları xoşlayıram və iştahla da yeyirəm. Ancaq tərkibində şor, pendir olanlarından başqa. Heç vaxt nə şor, nə də pendir yeməmişəm. Tanımadığım yemək ya şiriniyyat qabağıma qoysalar, əvvəl onun tərkibini öyrənib sonra dadına baxıram. mocking Nisbətdə götürəndə dovğa, yarpaq dolması və qarın qutabı daha çox xoşladığım yeməklərdir. İndi isə keçək ilk dəfə bişirdiyim yeməklərə. lol 6-7-ci siniflərdə oxuyanda başlamışam şiriniyyatlar bişirməyə. Birinci dəfə "Bakı tortu" bişirmişəm, çoox da gözəl alınmışdı. Həvəsləndim 7-ci sinifdə oxuyurdum, "Ballı tort" bişirdim. Yuxalar qupquru çıxmışdı. Krem düzəldib taxta kimi olan yuxaları qoydum üst-üstə. Bəzəyə bilmirdim, qoz səpdim üstünə. Aparırdım soyuducuya qoymağa birdən kiçik qardaşımla toqquşdum tort sürüşüb düşdü onun başına, qardaşım başladı ağlamağa. girl_crayBaxıb gördüm tort nə tort, qutu kimi düşüb o biri tərəfə, heç nə olmayıb ona. Çox pis alınmışdı. Beləliklə ikinci tortumu toyuqlar yedilər.biggrin Bir dəfə də anam getdi nənəmgilə, mənə dedi: ət hazırlamışam, onu küftə bişirərsən axşama. Mən 8-də oxuyurdum küftə bişirməyə tənbəllik elədim. Dedim nə fərqi var ki, qoy kotlet bişirim tez olsun. Küftə üçün hazırlanmış düyülü ətdən qəşəng kotletlər qızartdım. Qoydum atamın qabağına sevinə-sevinə. Sonrasını təsəvvür edin, nə qədər güldülər mənə. Onu da yemək olmadı. Belə-belə, yavaş-yavaş mən də mətbəxdə bişib oldum aşpaz. Onu da deyim ki nə qədər ərzaqlar xarab edib atdımsa heç vaxt anam mənə acıqlanmadı (Allah bütün analara can sağlığı versin, eləcə də mənim anama). İndi də əvvəlki kimi böyük həvəs və maraqla yeni nə görürəmsə bişirirəm. Yoldaşım bəzən xoşlamayanda deyir: bunun əməliyyəsi ilə nəzəriyyəsi düz gəlməyib. lolQaynatam isə nə bişirirəmsə yeyib deyir: çox sağ ol, qızım, dadlıydı (mənim xətrimə məcburi) mocking Nə isə çox sağ olun, mətbəxdə başıma gəlməyən qalmayıb. Yazdıqca davamı gəlir. Çox yazmayım ki bezdirici olmasın. 
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)

Ruhəngiz (İstifadəçi)

Ayka bacım, maraqlı xəbərində mənə də yer ayırdığın üçün sənə təşəkkürümü bildirirəm. Hər bir xanım çalışır ki, mətbəxini zənginləşdirsin, yəni başlayır yeni-yeni dadlı reseptlər axtarmağa. Mən də elələrindənəm. Qadin.Net saytındakı yemək və şirniyyat növlərindən çox yararlanmışam. Salatlardan bir-ikisini çıxmaqla hamısını xoşlayıram, dizayna çox üstünlük verirəm. Dolmanın, plovun hər növünü xoşlayıram. Kababın lülə, tikə növünü sevirəm. Balıqla sən deyən aram yoxdur. Şirniyyat mənim yaralı yerimdir. Çünki onların hər cürəsini - tort, piroq, keks, bulka məmulatlarını çox xoşlayıram. Əvvəllər tort tez-tez bişirərdim. Ən çox da bir günümü onun bəzəyini fikirləşirdim, şəklini çəkirdim. İndi o həvəsim qalmayıb. İnşALLAH indi də qızımın növbəsidir ki öyrənsin. ALLAHDAN bütün ailələrə bol ruzi-bərəkət arzulayıram.girl_ang

Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)
Maniken AYAN (İstifadəçi) 
Mənim də hər bir xanım kimi sevdiyim yemekler var. Milli mətbəximizin yeməklərini daha çox sevirəm. Ən çox xoşladığım yeməklər plov, kartof qizartması, kotlet, yarpağ dolmasıdır. Şirniyyatlara gəlincə isəTürk paxlavasını və tortları daha çox sevirəm. Məsələn, Gecə-gündüz tortunu, şokaladlı tort ve kekslər. Bütün yeməklərimiz dadlıdır, şirniyyatlarımız ləzzətlidir.
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)
Fidan (İstifadəçi) 
Ümumiyyətlə mən yeməyi bir-birindən fərqləndirməyi xoşlamıram, həmişə fikirləşirəm ki, mənim bu gün bəyənmədiyim yeməyə neçə nəfər insan möhtacdı. Amma ayrılıqda gotürsək mənim ən sevdiyim yeməklərdən yarpaq dolması, küftə bozbaş, düşbərə, kotletdir. nyam Biz bakılılar düşbərəni çox xırda bükürük, ona gorə də ləzzət eləyir adama. Şirniyyatlardan ekleri, napoleon pirojnasını çox sevirəm. Azərbaycanın çox dadlı yeməkləri və şirniyyatları var, ona görə də bölgələrimizin bütün yeməklərini bəyənirəm.
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)
Asi (İstifadəçi)
Sevmədiyim yemək yoxdur. Amma toyuq və quş ətini daha çox xoşladığım üçün bu ətlərdən bişən nə varsa sevə-sevə yeyirəm. Yemədiyim bir təam yoxdur. Yeməkdə seçim etmirəm. Şirniyyatda isə seçimliyəm. Çünki cemli, meyvəli, tərkibində meyvə qurusu olan şirniyyatları sevmirem. Yalnız sade, kakaolu, kremli, kokoslu və bu kimi  şirniyyatları yeyirəm. O da ki çox az hallarda. Şirniyyat o qədər də xoşlamıram. Gün ərzində 1, yaxud 2 dilim yeyirəm. Bütün yeməklərimiz sözün həqiqi mənasinda dadlı və ləzizdir.good
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)
UMMU FATİMƏ (İstifadəçi)
Əvvəla mənə də xəbərində yer ayırdığın üçün təşəkkür edirəm. Sevdiyim yeməklərə gəldikdə hər biri ALLAHIN bizə verdiyi nemətdir, ən çox yarpaq dolmasını sevirəm, birinci dəfə bir neçə il bundan qabaq anam mənə tapşırdı ki mən gələnədək yarpaq dolması bük. Günortadan bükən axşam saat 7-8 olardı, anam gəldi ki bu neçə saatda hələ bir qat büküb yığmışam. lolToyumdan sonra artıq tək bükəcəyimdən o da nə az, nə çox düz 12 saata bükmüşdüm, özü də biri birinə eyni olanı yox idi,  amma indi gec də büksəm bir az səliqəli bükürəm. mockingŞirniyyata gəldikdə isə şirniyyatların demək olar ki hamısını sevirəm, həmişə istəmişəm ki mən də şirniyyat bişirə bilim. Ailə qurduqdan sonra daha məsuliyyətli olduğuna görə ilk dəfə bişirdiyim keks yaxşı çıxmadı, daha sonra zebra piroqu bişirdim dadlı çıxdı, artıq demək olar ki şirniyyatı da normasında edəndə əla çıxır. Sonra bişirdiyim şirniyyat ve sevdiyim şirniyyat Ləmanın qaymaqlı və gizli ləzzət qurabiyələridir, çox sağol Ləman. Mənsə bu resepti dəyişib qaymaqlı qurabiyə resepti ilə gizli ləzzət qurabiyəsi edirəm. nyam
Nərmin Musayeva (İstifadəçi)
Salam xanımlar. Əvvəla hamıya gözəl günlər arzulayıram. Mən şəkili qızıyam, ona görə də şəki yeməklərini çox sevirəm. Ən çox sevdiyim yemək səbzi qovurma, kotlet, plovdur. Şirniyatlardan isə ən çox sevdiyim "Şəki halvası (paxlavası) və "Tel halva". Başqa bölgələrimizin mətbəxini də çox xoşlayıram. Məsələn, Lənkəran bölgəsindən "Toyuq ləvəgisi". Bununla yanaşı türk paxlavasını da çox sevirəm. Bax belə, qızlar, bu da mənim damaq dadım və sonda hamıya arzum budur ki, süfrəmizdən halal nemətlərimiz əksik olmasın, Allah ruzimizi bol etsin, bütün evlərimizdən xoş sədalar ləziz yemək qoxuları yüksəlsin. Amin. girl_ang
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)
Səadət19 (İstifadəçi)
Mən yeməklər arasında seçim etmirəm, qarşıma nə qoyulur yeyirəm. Amma çox xoşladığım yemək: badəmcan dolması, plov, cücədən bişirilmiş bütün yeməklərdir. Şirniyyatlardan isə şokaladlı tortlar, pirojnalar. Mən ilk tortumu əmim oğlunun ad gününə bişirmişdim. Biskvitlər yaxşı çıxsa da sonra yastılandı, tortu kremledim, nazik çıxdı, üstünə şokolad tökdüm. Hələ çəhrayı güllərlə bəzəmişdim. Mətbəx, bütün qablar krem olmuşdu. lolÖz paltarımı tesevvür edə bilməzsiz necəydi. Bulanmayan yer qalmamışdı. Məni həvəsdən salmamaq üçün tortumu təriflədilər. Bir dəfə də bacım rəfiqələriynən gəlincik-gəlincik oynayırdılar, toy edirdiler onlar üçün 2 stəkan düyü bişirmişdim. Süfrə açdım, oyuncaq qablarına plovu çəkdim, uşaqlara verdim yedilər. Dadlı çıxmışdı... Yemək bişirməyi öyrənmək çətin deyil, əsas odur həvəsin olsun. Məndə də həvəs var, bacardığım qədər bişirirəm, bacardığımdan da çox yeyirəm. biggrin
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)


Əziz xanımlarımız. Ümid edirəm bu maraqlı yazılari bəyənərsiz. Xəbərimin növbəti hissəsini gözləyin.
1 iyun 2013
GO BACK