Beynimizin inkişafı doğulduğumuz gündən etibarən dayanmadan gedən prosesdir. Bunula bağlı olaraq, zəkamız da irəliləyir. 18 yaşına qədər zəkanın inkişafı yavaş da olsa davam edir. 20-25 yaşından sonra sinir hüceyrələri hər gün müəyyən miqdarda öldüyündən zəkamızda geriləmə başlayır (yaddaş pozğunluğu, diqqətin fokuslanmasında problemlər, xatırlamaqda çətinlik, qavramanın zəifləməsi və s.). 20 yaşından sonra gündə 50 min sinir hüceyrəsi yox olur. Bu itirilən hüceyrələrin sayı 60 yaşından sonra gündə təxminən 100 minə çatır.
Yaşımız artdıqca beynimizin ağırlığı da azalmaqda davam edir. Belə ki, hüceyrələrin daxilindəki maddələr azalır, hüceyrələr arasında “xəbərlərşmə” funksiyası zəifləyir (buna görə istədiyimiz nəyisə yada salmaqda çətinlik çəkirik). Beyində qan dövranı yaxşı işləmir və yuxusuzluqla bərabər, əsəbilik, iştahsızlıq, müxtəlif orqanlarada narahatlıqlar yaranır...
Bəs bunların qarşısını alan nədir???
Beynin (ağlın) zəifləməsinə səbəb olan xəstəliklərin qarşısının alınması üçün yalnız bir çıxış yolu var. BİR NÖMRLİ DƏRMAN - OXUMAQDIR!
Beynin hər bir hüceyrəsini oxumaqdan və düşünməkdən daha çox işlədən və eyni zamanda məhv olmaqdan qoruyan başqa bir metod mövcud deyil. 20 yaşından sonra hər gün 50 min ilə 100 min arası sinir hüceyrəsini itirmək qarşısında tək yol OXUMAQDIR! İşlədilən beyin həm inkişaf edir, həm qorunur.
İnsan oxuduqca, yeni məlumatlar aldıqca, onları təhlil etdikcə neyronlar arasında əlaqələr sıxlaşır, hadisələr arasında müqayisə aparmaq, fərqlilikləri və oxşarlıqları tapmaq işi sürətlənir. Düşünmə qabiliyyəti, mənimsəmə, qavrama asanlaşır.Ən əsası isə İnsan oxuyaraq yaşamının fərqinə varır. Həyatın mənasını anlayır, məqsədlərinin vacibliyini görür... Ən çətin anlarda belə vəziyyətdən çıxmağı bacarır, yaşadığı cəmiyyətin fərqli fərdləri ilə ünsiyyəti asanlaşır, başqalarını daha yaxşı başa düşür. Hər hansı vəziyyətə tamam başqa bucaq altından baxmağı bilir. İnsan oxuyaraq özünü öyrənir...
Nuri Gökalp "Yarınlar kimin?" Kitabından Tərcümə :Xavər Zahir