Nikolas Sparks – “Gündəlik”
– Niyə qəmginsən Elli ?
– Mən səni yenidən unutmaqdan qorxuram, Noy. Bu dəhşətdir !
Qrupumuzun gənc və həvəskar tərcüməçilərinin birgə ərsəyə gətirdikiləri Nikolas Sparksın “Gündəlik” əsərində təsirləndiyim iki səhnədən biri idi bu. Əsəri bir neçə saatdı bitirmişəm,amma hələ də gözümün önündə sanki Elli və Noy var..
Əsər cəsarətli Elli və sadiq Noyun sevgisindən bəhs edir.Onlar nə Leyli və Məcnun, nə Romeo ve Julietta deyillər.. Sadəcə Elli və Noy..
Əsəri oxuyarkən insan sadəcə sevmək ve sevilmək istəyir.Onun necə gözəl bir şey olduğunu hiss edir.Yazıçı sevgini sadə və axıcı formada elə təsvir edib ki,hətta dünyada sevgini ən qəliz,ən mürəkkəb,ən qorxulu bir hiss hesab edərək sevgidən qaçan,sevməkdən qorxan insan belə bu əsəri oxuduqca həmin sevgi dünyasına qovuşmağı arzulayacaq.. Amma əsərdə Ellinin alzeymir xəstəliyinə tutularaq yavaş-yavaş Noyu unutmağa başlamasi bir anlıq düşündürdü..
Sevmək və eyni zamanda sevdiyin insan tərəfindən unudulmağa başlanmaq..Bu iki hissi bir arada yaşamaq görəsən insana necə təsir edər? Onu gücləndirər,sevgisini böyüdərmi,yoxsa əksinə zəiflədib həyata,sevgisinə inamını azaldar? Bunu isə əsəri oxuyandan sonra biləcəksiniz ki,bu iki ziddiyyətin arasında qalan Noy bu mübarizədə qalibmi oldu yoxsa məğlubmu?
Əsərin yazı üslubuna gəldikdə isə bu əsər mənə Mark Levinin yazı üslubunu xatırlatdi. Axıcı,sadə,insanı yormayan, oxuduqca obrazlarənın təsviri həmən gözlər önündə canlanan,ən əsası isə insanın ürəyinə toxuna bilən bir yazı üslubu.
Tərcüməcilərimizin işini isə normal hesab etmək olar.Düzdü,bəyənmədiyim məqamlar vardı,onlarsa o qədər kiçik məqamlar idi ki,həvəskar,profsional olmayan tərcüməçilərdən gözlənilə bilinəcək kiçik qüsurlardı.Ümumilikdə isə uzun zamandı kitab oxuyarkən tərcüməsində ilişib qalmadığım bir kitab oldu deyə bilərəm.Əməyi keçən hər kəsə təşəkkürlər.
Sevdikləriniz tərəfindən heç zaman unudulmamaq diləyi ilə hər kəsə xoş mütaliələr..
Tərlan Rüstəmova