Qadin.NET / Pablo Nerudanın məhəbbətindən vaz keçməyən qadın

Pablo Nerudanın məhəbbətindən vaz keçməyən qadın

 

Pablo Nerudanın məhəbbətindən vaz keçməyən qadın

Soruşsalar ki, eşq şairin kimdir? Deyərdim, nazim hikmət.

– bəs nəvazişli şairin kimdir? Gözlərim dolu deyərdim, pablo neruda…

-pablo neruda – əsl adı rikardo eliezer neftali reyes basoalto olan çilili, ədəbiyyat üzrə nobel mükafatı laureatı yazıçı və şairdir. Şeir yazmağa on yaşında başlamışdı. Atası daha ciddi işlə məşğul olmasını istədiyindən neftali rikardo sirrinin açılmaması üçün şeirlərini pablo neruda təС…əllüsü ilə çap etdirmişdi. Sayı qırС…ı keçən şeir kitabları latın amerikasının başqa bir görkəmli sənətkarı qabriel qarsiya markesin dediyi kimi, С…С… əsrdə “pablo nerudanı bütün dillərin ən böyük şairinə” çevirmişdi. Onun kommunist əqidəsinə bağlılığı qərbdə və amerikada bir çoС…larının ürəyincə olmasa da, neruda məhz poeziyasının gücü ilə siyasi simpatiyalarının yaratdığı əhvali-ruhiyyəni dağıda bilmişdi.

– həyat yoldaşi matilda urrutianin xatirələrindən seçdiklərim…

“- böyük məhəbbət qala kimidi, bütün çətinliklər onun divarlarına dəyib çilik – çilik olur.”

-pablo nerudanın bəxş etdiyi məhəbbət qalasına sığınan matilda urrutia qələmə aldığı “pablo nerudayla yaşanan ömür” adlı bioqrafik kitabında bu cümləni gözləri yaşlı qeyd etmişdi. Dərd əlindən, yaşadıqlarından bitab düşmüş matilda onun məhəbbətini qucaqlamış və keşməkeşli həyat yolu yaşamışdı. Dəfələrlə sürgündə illər yaşamasına, gözünün qarşısında ölümlər, savaşlar, qətllər görməsinə, pabloya görə ittiham olunmasına, tutulmasına, səfil və pəjmürdə həyat yaşamasına baxmayaraq o, heç vaxt pabloya olan məhəbbətindən keçmədi.. O, onun nəvazişini sevirdi..

 

Pablo Nerudanın məhəbbətindən vaz keçməyən qadın


“…- biz bütün bu illəri bir – birimiz üçün yaşamışdıq, amma indi onun həmin o birgə yaşantılarımızı təzədən oyadan xatirələrində təkcə əbədi məhəbbətin etirafı yox, həm də əbədi ayrılığın havası var idi.

O, ağrıyırdı. Yatmışdı. Yuxu – xilasdı və mən çox istəyirəm ki, o , heç olmasa bir müddət bu zorakılıqları unutsun. O , deyərdi: “qara tabut necə də yöndəmsiz görünür! Niyə axı, tabut şən, işıqlı, lazım gəlsə lap qapağı gül – çiçəkli olmasın!”

Hər addımda hərbçilərlə dolu maşınlar dayanıb və onların avtomatları kütləyə tuşlanıb. Bizi qorxutmaq istəyirlər, amma alınmır. Insanlar get – gedə daha da artır və onlar qışqırırlar: “pablo neruda, biz səni unutmayacağiq!”

Ilahi, dünyanın sülhsevər bir insanının, şairin dəfnində nə qədər hərbçi olarmış?!

Ağrıdan ürəyim cadar – cadardır. Gözyaşlarım dayanmır. Mən tənha deyiləm! Pablo bu xalqı mənə miras qoyub. Mən də başımı qaldırıram. Dərdim böyükdü, amma tək deyiləm. Dünyada kimin bu qədər dostu var?

-o, həmişə kommunist, əsl kommunist olub. Çünki, insanların əzabından əzab çəkirdi. Nə qədər ki, nəfəsi gəlirdi, qələmini, bütün həyatını xalqına qurban eləmişdi. Nazim hikmət və pablo pikasso kimi ustalarla dostluq bağları var idi.

Moskvaya getmişdik. Nazimlə görüşümüz var idi. Pablo demişdi ki, nömrədə məni hədiyyə gözləyir. Qapını açanda dəcəl uşaqlar kimi gülən nazimlə pablonu görürəm. Nazim pablonu mənə sarı gətirib deyir: “senyora, bu da sizin hədiyyəniz”.

Yadımdadı, başımı onun sinəsinə qoydum, gözlərimi yumub dedim: ”səndən nəvaziş qoxusu gəlir”. “lap şeir kimi səslənir, – pablo cavab verdi, – bax ha, birdən şair – zad olarsan”.

Pablo varlı şəxs hesab olunurdu, amma əslində, nə qazanırdısa o saatca xərcləyirdi. Bizim həmişə əntiq, kitab mağazalarına az – maz borcumuz olardı..o, nobel mükafatının əsas hissəsini kitablara, bir də çox qiymətli dəniz qulaqlarına xərcləmişdi.

Pablonu “çili xəstəliyi” aldı, apardı.

Onu dəfn etdikdən sonra meyidini çıxarmalı və başqa yerə köçürməli olduq. Onda belə polislər bizi tək qoymadılar. Odlu silahları mənə və paltosunun altında gizli qərənfil gətirən oxuculara tuşlamışdılar..

Pablo ilə mübahisə etmək mümkün deyildi. Bizim bütün mübahisələrimiz dəli qəhqəhələrə çevrilirdi. Nə baş verir versin, məndən sevgisini və gözlərini əsirgəmirdi.

Çox kitab oxuyurdu. Hansısa detektiv romanı oxuyanda onun məzmununu mənə də danışırdı. Bu zaman məni elə şirnikləndirirdi ki, səbrsizliklə onun sonluğunu gözləyərdim. Bax, elə bu yerdə pablo deyərdi: “axırını özün oxuyarsan.”

-pablo bir xəstəxana palatasında öldü. Vətən dərdi onun ürəyini partlatdı.. Və pablonun böyründə ondan da çox ölən mən varam…”

-matilda bütün ömrünü pabloya və sevgisinə həsr elədi. Bu qadın öz gücü, sədaqəti, mübarizliyi ilə dövrünün örnək alınası insanlarındandır. Pablonun məzarına gücü çatmadığı halda kərpicləri qoyan, o deyildimi? Xatirələrinin nəşri üçün ölkələr dolaşan, gömrüklərlə, dövlətləarlə mübarizə aparan, o deyildimi? Pablo üçün gülməyi unutmamağa çalışan, yoxluğunu belə ona aid olduğu üçün sevən, o deyildimi?…matilda qocaman ürəyə sahib olan, övladsiz əsl ana, sevgisi isə körpə balasi idi..

-pablonun matilda haqqinda fikirlərindən bir hissə…

“…-matilda barədə deyə biləcəklərimin hamısını “məhəbbət haqqında yüz sonet” kitabımda yazmışam. Ola bilər ki, şeirlər matildanın mənim üçün kim olduğunu ifadə edə bilib. Bizi torpaq və həyat birləşdirdi. Bu, çoxları üçün maraqlı olmasa da, biz xoşbəxtik. Vaxtımızın çox hissəsini çilinin xəlvət sahillərində birgə keçiririk. Bəzən vəhşi, tənha okeanımızdan ayrılıb, səsli-küylü şəhərə, hər ikimizin darıxdığı, başqalarının dərd-sərli həyatlarının əyani şahidinə çevrildiyimiz dəli şəhərə – santyaqoya getməli oluruq… mən yazdıqlarımın hamısını ona həsr edirəm. Elə çox yazmasam da, o, razı qalır…”

 

Səadət dadaşova

 

 

 

30 iyun 2017
GO BACK