Qadin.NET / Olivye Rolən "Bakıda son günlər"

Olivye Rolən "Bakıda son günlər"

 

Olivye Rolən "Bakıda son günlər"

 

Bu kitab adından göründüyü kimi Bakıdan bəhs edir. Müəllif üç ay Bakıda yaşamış, gördüklərini, eşitdiklərini, duyduqlarını bir-bir yazmışdır. Bir əcnəbi yazarın gözüylə Bakıya baxın, burdakı sosial və ictimai, siyasi durumu təhlil edin.

“Bu kitab öləcəyimi güman etdiyim şəhərdə keçirdiyim günlər haqqında gündəliyə bənzəyir: portretlər, gördüklərim, fantaziyalarım, oxuduqlarım, səyahət qeydlərim, keçmiş simaların xatirimdə canlanması və s. Əlbəttə, bu, bir oyun idi. Ölüm oyunu olaraq  başlanmışdı. Bununla belə bu oyun mənim düşüncələrimə rəng qatır, müəyyən həddədək fantaziyalarımı, hətta baxışlarımı belə istiqamətləndirirdi”.

Bəlkə də mənə elə gəlir, bəlkə də doğru vurğulamıram, bəlkə də doğru vurğulayıram. Dəqiq bilmirəm. Bəlkələrdən çox istifadə etdiyimin də fərqindəyəm, amma onu deyim ki, yazıçı bir xeyli müddət Bakıda, Azərbaycanda vaxt keçirdib və bizim cəmiyyətimiz haqqında bir çox şeyləri müşahidə edib. Kitabda da bir çox məqamlar üçüncü şəxslərin dilindən deyilir və ya sərtaaltı mənalara malikdir. Bəzi şeylərə isə açıq-aşkar rahatlıqla fikir bildirir. Oxuduqca gördüm ki, yazıçı bəzi məqamlara yanaşıb və sadəcə giriş edib. Üzərində dayanmayıb. Yazıçının səmimiliyinə şübhə etdiyim anlar oldu. Əlbəttə hər yazıçının üslubu və sənətkarlıq imkanları, düşüncə tərzi eyni deyil. Yazılanların çoxu reallığı göstərsə də, bir az hiddətləndiyim zamanlar oldu. Kitabın sonlarında yazıçının çox yaxşı fantaziyasının olduğunu gördüm. Bu xüsusilə kitabın sonluğunu maraqlı edib. Həm maraqlı, həm də təəssüfverici. Kitabı oxumaq qərarına gəlsənız və oxusanız nə dediyimi anlayarsınız. Ümumilikdə, bəli, kitab oxumağa dəyərlidir. Tərcümə çox yaxşıdır, bədii ifadələr dolğundur.

 

Olivye Rolən "Bakıda son günlər"

 

 

2004-cü ildə Əfqanıstandan qayıdarkən Azərbaycanda, Bakı şəhərində  düşməyə məcbur oldum. Bakının yerləşdiyi yarımadanın adını daşıyan mehmanxanada–Abşeronda qaldım. O zaman dünya mehmanxanalarının otaqlarında baş vermiş 40-a yaxın əhvalatı əks etdirən “Kristal mehmanxanası haqqında suita” kitabını yazırdım. Abşeron adının yunan mifologiyasında ölülər çayının adına bənzəməsi məni öz sui-qəsdimi qələmə almaq fikrinə düşürdü. Kitabın cildindəki bioqrafik qeyd doğum və ölümümün yeri və tarixini əks etdirirdi: Bulon-Bilankur 1947 - Bakı 2009.

İbrahim Niftiyev 

2 may 2015
GO BACK