Qadin.NET / Qax rayonu

Qax rayonu

Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biridir. Qax Azərbaycanın şimal-qərbində, 1494 km2 ərazidə yerləşir.Əhalisi 54,2 min nəfərdir, 77,0 %-ni azərbaycanlılar, 14,0 %-ni ingiloylar, 5,0 %-ni saxurlar, 1,0 %-ni ləzgilər və 3,0 %-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər və 58 kənd vardır.

 Qaxın gəzməli-görməli yerləri, göz oxşayan təbiəti var.

Ulubaşın zirvəsi qar.

 Əl uzatsan,əlmi çatar?!

 Durna ötər qatar-qatar.

 Baxan deyər bir də baxım.

 Nə gozəldir mənim Qaxım!

Qax rayonu
Qax rayonu
Qax rayonu

Qartal süzür dağ başında,

 Hər qayanda,hər daşında.

 Tarixin var min yaşında.

 Baxan deyir bir də baxım.

 Nə gözəldir mənim Qaxım!

Qax ərazisi  zəngin tarixə malikdir, belə ki  e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının  tərkibinə daxil olmuşdur. B.e.ə IV minillikdən insanların yaşayış məskənləri olmuş Qax rayonunun ərazisi  zəngin abidələr diyarıdır.

Ulu körpü

Sumu qala (müdafiə qülləsi)
Qalaça (Şamil qalası)

Kürmük kilsəsi və ya “Aya sitayiş” məbədini,Hacı Tapdıq və Şeyx Yunis Əmrə məqbərəsini, Şeyx Mahmud Əfəndinin evini,Ulu  Məscidi göstərmək olar.

Qax rayonu
Qax rayonu

 

Beşbulağın suyu buz tək.

 Süfrəmizdə halal çörək.

 Sarıbaşda bir lövhə çək.

 Görən desin bir də baxım.

 Nə gözəldir mənim Qaxım!

     Qax rayonunun daha bir özəlliyi müalicəvi suları ilə də zəngin olmasıdır. İlisu və Sarıbaş kəndləri yaxınlığındakı və Hamam çayı boyunca yerdən qaynayaraq çıxan bulaqlar var.Bu bularlar qədimdən xalq təbabətində bəzi xəstəliklərin qarşısını almaq üçün istifadə edirdilər.Qax rayonunun bir çox kəndlərində mineral sular, istirahət və müalicə pansionatları vardır. Qaxın çox gözəl, içməli bulaqları, şəlalələri var. Ballı bulaq, Səngərbulaq, Hamambulaq, Qaşqaçay kəndindəki Gövrüc bulaq buz kimi suyu ilə insanın ürəyinə sərinlik verir. Bu bulaqlardan biri də Beşbulaqdır.

Qax rayonu

İlisu kəndindəki Ramramay şəlaləsinin hündürlüyü 25 metrdir. 

 Qax rayonu

Ləkit kəndində öz unikallığı ilə seçilən Mamırlı şəlalə var. Bura çıxmaq çox çətindir.

Qax rayonu

 

Qışda bu şəlalə xüsusilə gözəl olur.

Qax rayonu

Qax rayonu

 

Qax  görkəmli şəxslər diyarıdır. Danyal Sultan, Şeyx Mahmud Əfəndi,  Müslüm Maqomayev, İmam Mustafayev, İsmayıl Dağıstanlı, Gəray Fəzli bu torpaqların yetirməsidir.

 Bol məhsullu çöllərinə heyranam.

 Zəhmətsevər əllərinə heyranam.

 Dostlar,gəlin indi baxın

 dəyişibdir hüsnü Qaxın.

 Baxan deyir bir də baxım.

 Nə gözəldir mənim Qaxım!

22 fevral 2013
GO BACK