Gözlərinə qara kölgə düşməsin!
Kişilərin çoxu qadınların gözlərinə fikir verir. Yəqin, elə ona görə də xanımlar gözlərinin daha gözəl görünməsinə çalışırlar. Bunu reallaşdırmaq isə həmişə mümkün olmur.
Dəriyə yanlış qulluq, yuxusuzluq göz ətrafında kölgələrin yaranmasına gətirib çıxarır. Gözün ətrafında olan dəri çox incə və həssas olduğu üçün xüsusi qayğı tələb edir.
Sözügedən kölgələrlə mübarizəyə başlamazdan öncə, ilk növbədə onun yaranma səbəbini araşdıraq. Bu səbəblər isə aşağıdakılardır:
~ Daxili xəstəliklər
~ Zərif dəri
~ Havada və qidada olan allergik təsirlər
~ Dərinin quruması
~ Yuxusuzluq
~ Günəş təsiri
~ Kompüter arxasında çox oturma
~ Siqaret çəkmə və alkoqol qəbul etmə
Bəzən isə əsəb sistemindəki gərginliyin də təsiri olur.
Qışda göz ərtafındakı dəri bəzən mavi çalar alır. Bunun səbəbini axtaranlara məsləhətimiz var. Narahat olmağa dəyməz. Soyuğun təsirindən göz altındakı yağ öz təsirini itirməyə başlayır, nəticə isə artıq aydındır.
Buna çarə bulmağın asan yolu var. Sadəcə gecə yatmazdan 30 dəqiqə əvvəl həmin hissələrə nəmləndirici krem çəkin. Amma unutmayın ki, kremdən çox istifadə göz ətrafında şişlərin yaranmasına səbəb ola bilər. Ona görə kremdən də miqdarında istifadə etmək məsləhətdir.
Digər bir məsləhətimiz düzgün qidalanmaqla bağlıdır. İlk növbədə qida rasionunda duzun və yağın normasına fikir vermək lazımdır. Yuxusuzluğu aradan qaldırmaq, açıq havada olmaq, dəriyə uyğun və keyfiyyətli kosmetik vasitələrdən istifadə etmək də tövsiyə olunur. Gecə yatmazdan öncə makiyajı silməyi unutmamalı.
Göz ətrafında yaranan kölgələri kosmetik vasitələrlə də "gizlətmək” olar. Bunun üçün xüsusi kirşanlar, krem-pudralar, kremlər var.
Amma xalq təbabətindən də yararlanmaqla qüsurları aradan qaldırmaq mümkündür. İndi sizə bir neçə maskanı təqdim edəcəyik:
1.Çiy kartofu sürtkəcdən keçirin, iki dairəvi formada cunanı kəsib, kartof pürəsini onun üzərinə qoyun. 15-20 dəqiqə gözlərinizdə saxlayın. Sonra A və ya E vitanimli krem çəkin. Kremi isə pambıq və ya çay ilə silin.
2. Kəsmiyi cunada gözlərinizin üzərinə qoyun.
3.Yaşıl və qara çayın dəmini pambıq ilə kompress edin.
Daha bir xoşagəlməz məsələ gözün altında yaranan şişlərlə bağlıdır.
Bunun əsəs səbəbi isə böyrəkdə olan problemlərdir. Bunu aradan qaldırmaq üçün isə kifayət qədər yatmaq və dincəlmək lazımdır. Vaxtınız yoxdursa, maskalar köməyinizə gələ bilər.
1.Adaçayını 150 ml suda dəmləyin. Həmin məhlulu iki yerə ayırın. Biri isti qalsın, digərini isə soyudun. Pambığı həmin məhlullarda növbəli şəkildə isladıb əvvəl isti, sonra soyuq şəkildə şiş olan hissələrə qoyun.
2. ki xörək qaşığı xama və bir çay qaşığı əzilmiş cəfərini qarışdırın. Sonra alınan qatışığı göz qapaqlarının üstünə qoyun. 15-20 dəqiqə sonra soyuq su ilə yuyun.
3. Paket çayı istifadə etdikdən sonra 5 dəqiqəlik buzxanaya saxlayın, sonra göz qapaqlarına qoyun.
Yaşından asılı olmayaraq qadın həmişə gözəl görünməlidir. Axı, gözəllik böyük qüvvədir, bu qüvvəyə malik olmaq isə xanımların öz əlindədir.
XƏBƏR LENTİ
Asan salat (foto resept)
Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı AÇIQLAMA
Gəlin-qaynana davası...
Dünyada milyonlarla insanın ölüm səbəbi açıqlandı
Çimərliklərin hansı halda açılacağı bilindi
İrina Şeyk geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğludan ermənilərə mesaj
Putindən ABŞ-a nüvə hədəsi
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
HAVA necə olacaq? 22 Mart
2018 qış sezonu trendi - qızılı sarı
Rəcəb Tayyip Ərdoğandan Azərbaycan ordusuna: “Qəzanız mübarək olsun!” - VİDEO
Toy günü elə bir şey istədi ki...-FOTO
Temperamentimiz davranışımızı diktə edir
ABŞ yenidən İraqa qayıdır
Onu unutmağı bacarın...
Ermənilər cəbhədə minaatan və pulemyotları işə saldılar
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Nüsrətin duzsəpmə hərəkəti onun həbsinə SƏBƏB OLDU - FOTO
Bakı bulvarında möhtəşəm kompleks
Arıqlama dərmanları nədir?
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
Qadin.Net - 5 YAŞ
İdman üslublu geyimlər
Qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik
Bakının Avropa üçün önəmi artır
Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Şaxta babalar parada çıxdılar
Günün qoroskopu: dözümlü və səbrli olun
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda hərbçilərə yeni imtiyazlar veriləcək
Qarabağa buz yağdı
Putindən Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA
Qarışıq geyimlər
Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi
Təyyarələrdə noutbuk daşınmasına qadağa ləğv olundu
Azərbaycanda bu adları sevmirlər?
Bakının yeni sərhədi
Bakıda avtobus özbaşınalığına son qoyulacaqmı?
Keti Perri şam ağacına bənzədi
Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaqlar?
Ana evim
Bakının böyük təhlükəsi
HAVA necə olacaq?
Keyt Apton ana olacaq
Kraldan ayrılan model danışdı-FOTO
Koronavirusa görə “Eurovision”da problemlər başladı
Bürclərə görə ev dekorasiyası (1)
Əsəbləşmişəm, bir tünd çay süz...
- ŞƏRHLƏR