Qadin.NET / İnkardan-İnikasa

İnkardan-İnikasa

 

İnkardan-İnikasa

 

Allahın ibrəti ətrafda dolu ikən, insanoğlunun gözəllikdə Allahı yox, özünü axtarması...

Dənizi  yarandan sonra 40 il səhrada sürünən yəhudi milləti kimi insan oğlu olaraq mənim də zəlalətim mənim seçimimdir.

Babil dövründən öz dilini itirən insan hey axtarışdadır. Onlar bir-birlərini anlamırlar. Söz üstündə gedən davalar...

Tanrı insana kəlam göndərdi. İnsan yalnız sözlə islah ola bilər. İnsanın islahat istəyi, onun özünü islah etməyindən keçir.

Bəşər övladı qılıncını qurşandıqca oz sözündən uzaq düşəcək.

Bəşər övladı anlaşmaq yerinə silahlar düzəltdikcə, öz batinindən uzaqlaşaraq başqa bir qəlib qazanacaq.

 

Məşhur sufilərdən olub İbrahim Ədhəm. Onun üçün bu yolda (sufiliyin ali zirvəsinə gedən yolda) ən çətin imtahanı soruşdular. O isə cavabında ən  böyük imtahanın vətənlə olduğunu deyir. Oradan ayrılmağın və əvvəlki həyatından qopmağın onun üçün ən ağır imtahan olduğunu söyləyir.  VƏTƏN - Nə böyük nemətdir. Amma vətən dünya ikən onu çevrələrə bölüb özünküləşdirdikcə insan itirdi. Halbuki Babil dövrünə qədər (dillərin parçalanması) VƏTƏN anlayışı yoxdur. İnsanın vətəni onun özündən başlayırdı.

 

Bilal azan verirdi. Dünyanın ilk azanını qaradərli biri verirdi. Niyə? Bu sualı götürüb dünyanın ən ali insanın həyatına endim. İlk azanı verdirən dünyaya kosmopiltizmi pıçıldayırdı. Deyirdi  ki, ey bəşəroğlu sən özünü fərqli gördükcə, başqalarını aşağıadıqca, ABŞ-da qullar dünyası yaradıb, Avropada zənci koloniyalarının müstəmləkə zəhərini daddıqca, Şərqdə zülmlər törətdikcə öz fitrətindən uzaq düşəcəksən. Sən içindəki Bilaldan uzaq düşəcəksən. Dinləri yalan, Allahı  günahkar hesa edəcəksən. İlk azana qulaq ver və qollarını dünyaya aç və de: Ey vətənim, mən səni sevirəm. Qəlbindəki bütün xıltı və kini silərək, heç kimi günah keçisi etmədən, öz günahlarında fərari olaraq  bunu əldə edəcəksən.

 

Yox, əgər Hesse demiş,  dilində İndiki vaxtda yaşamaq və yaşamaqdan zövq almaq istəyən birinin sənin kimi, mənim kimi bir insan olmaması lazımdır. Zırıltı yerinə gerçək musiqi, əyləncə yerinə iftixar, pul yerinə ruh, təsadüfi fəaliyyətlər yerinə gerçək hərəkət, oyun yerinə gerçək ehtiras axtaran birinə bu sevimli dünya yurd ola bilməz...

 

İnkardan İnikasa yolumuz uzandıqca belə olacaq: Məşəqqət, uşaq ölümləri, müharibələr və insan ovu ilə qidalanan insanlar...

 

 

 


24 iyul 2017
GO BACK