Qadin.NET / Ana olmaq - Nəzəriyyədən təcrübəyə

Ana olmaq - Nəzəriyyədən təcrübəyə

Ana olmaq - Nəzəriyyədən təcrübəyə

"Oxumuşdum ki, uşaq doğulanda yalnız ana südü verilər. Lakin ana olanda gördüm ki, uşaq çəkisini itirirsə və sən panikaya düşürsənsə həkim nəyi göstəriş versə onu verməli olursan.

Oxumuşdum ki, ayağımızın üstündə yelləyib yatırmağa alışdırmaq lazım deyil. Lakin gördüm ilk 3 ay üçün bütün üsullar keçərli imiş.

Oxumuşdum ki, uşağı ana südü ilə və ya butulka ilə yatızdırmaq olmazmış. Yaşadım ki, təki uşaq yatsın. Hansı üsulla olursa, olsun.

Eşitmişdim ki, hər uşaq ağlayanda qucağınıza almayın, ərköyünləşir. Gördüm ki, həyatda vərdiş almaq deyilən bir şey yoxdur. İstədiyiniz qədər qucaqlayıb öpün, onsuzda sonra qucağınıza nadirən gələcək.

Oxumuşdum ki, 6-7 aylıqdan sonra gecə bəslənməsini kəsməliyik. Yalan oldu. Bu tənbəllərin uydurmasıdır. Övladımızı hər zaman bəsləmək biz anaların borcudur.

Oxumuşdum ki, ilk dişlər 6-7 aylıqda çıxar. Lakin yaşayıb gördüm ki, ilk dişlər 12 aylıqda da çıxa bilirmiş.

Oxumuşdum ki, uşaqlara tv izlətmək olmazmış. Yaşadım gördüm ki, bütün əlaclar bitəndə bəzən bir cizgi filmi imdada yetişə bilir.

Oxumuşdum ki, 1 yaşını keçəndən sonra butulkada su və süd vermək olmaz. Yaşadım gördüm ki, yalnız butulka tələb edən uşağa tabe olursanmış.

Ana olmaq - Nəzəriyyədən təcrübəyə

Eşitmişdim ki, uşağın 1 yaşı olanda tualet vərdişi formalaşdırmaq olur. Yaşayıb gördüm ki, heç kimə heç nəyi zorla tətbiq etmək olmaz. Hər kəs fərdidir.

Eşitmişdim ki, ailədə genetik olaraq hamı sarışındırsa, sənin uşağın da elə olmalıdır. Yaşayıb gördüm ki, uşaq gözlənilməz şəkildə ata babasına bənzəyə bilərmiş. Yəni, mənə bənzəməyən birini dəli kimi sevdim.

Düşünürdüm ki, hər şeyin öhdəsindən özüm gələ biləcəm. Amma yaşayıb gördüm ki, anam olmadan qətiyyən bu iki uşağı böyüdə bilməzdim.

Həmişə eşidirdim ki, o yox, bu yox, ay nə bilim onların zamanında belə şeylər yox imiş. İndi ana olmaq çox asanlaşıb. Amma yaşayıb gördüm ki, əslində ana olmaq hər zaman çətindir.

 

Tərcümə edən: Ülviyyə Tahir

19 yanvar 2018
GO BACK