Qadının istəkləri sıxışdırılırsa hisslər daxildə batır, ruhu çirklənir, eybəcərləşir, ətrafdan və özündən imtina edir. Qadına dildə yox reallıqda həqiqi azadlıq lazımdır. Əgər kişilər qadınları öz istəkləri kimi deyil də qadının razılığı əsasında xanımlarda dəyişim etsələr zamanla qadın yumuşalar, həlimləşər, sakitləşər daha da mehriban və fədakar olar. Kişilər qadınları zəif gördükləri üçün qadınlar onlarla ayaqlaşmaq üçün mübarizə aparırlar. Onları aciz, köməksiz, uğursuz görmək olmaz ! Qadın istərsə mümkün olmayan heçnə yoxdur. Hətta tarixdə belə lider insanlar uğurlarına görə öz xanımlarına minnətdar olduqlarını demişlər.Məsələn, Stalin demişdir: “Məni birinci həyat yoldaşım lider gördü sonra isə xalq”.
Qadın özünü düzgün ifadə edə bilməsə, kişi də özünü ifadə edə bilməyəcək .
Mənə görə hər güclü kişinin arxasında onu sevən, ona dəstək olan güclü qadın durur. Əgər qadın üzgündürsə göz yaşıyla hansı kişiyə güc verə bilər? O özüylə bərabər ailəsin də zəiflədər, beləliklə də kişi qadından asılı duruma düşəcək . Onlar bir-birini asılı, kölə, bədbəxt edəcəklər.
Cəmiyyətə gözəl, savadlı, əxlaqlı, etibarlı, dürüst xanımların sayını çoxaltmaq üçün qadını azadlığa buraxmaq lazımdır (Mən xanımı nəzarətsiz buraxmağı nəzərdə tutmuram ).
Qadınlar kişilər kimi deyil, onlar eqoistdirlər, bədbəxt xanım ətrafa xoşbəxtlik gətirə bilməz və ətrafdakı xanımların sevincini də əlindən almış olar. Bu səbəbdən də hörmətli bəylər azadlıq istəyirsinizsə, xanımlarınıza da azadlıq verməlisiniz . İki azad varlığın bir araya gəlməsindən üstün heç nə yoxdur . Bunu unutmayın ! Kimisə köləyə çevirən adam sonda özü də kölədir. İnsan azadlığının əlindən alınması, bütün varlığının əlindən alınması deməkdir.