Qoç - iş ortaqları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək olar: uzun zaman dil tapa bilmədiyiniz insanlarla ortaq məxrəcə gələ bilərsiniz. Xırdalıqlar ikinci plana keçir, doğrudan da, vacib olan işlərə diqqət yönəltmək lazımdır.
Səyahətə hazırlaşmaq olar, yol üçün gərəkli əşyaları almaq lazımdır. İri alış-veriş etmək olar, bütün ailəyə xidmət edəcək əşyalara üstünlük verin.
Buğa - eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin, üstüörtülü danışığınızı anlamaya bilərlər. Planlaşdırılmamış səfərlər yeni tanışlar tapmağa imkan yaradacaq.
Fiziki iş və idmanla məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı prosedurlar faydalı və səmərəlidir. Əvvəlcədən qurulmuş planlara riayət etmək məsləhətdir.
Əkizlər - sözü insanların üzünə çırpırsınız və bu, çoxlarının xoşuna gəlmir. Ancaq fikirlərinizi açıq-aşkar söyləməyiniz tərəfdaşlarınızla ümumi dil tapmağa, həmçinin xoşunuza gələn insanların rəğbətini qazanmağa imkan verir. Biznesdə təşəbbüs göstərin, intuisiyanız darda qoymayacaq.
İşgüzar və enerjilisiniz. Dostlarınız və yaxınlarınız sizə çatdırmırlar və bu, paxıllıq əvəzinə zarafat üçün bir bəhanəyə çevrilir. Köhnə tanışlarınızdan gözlənilməz təklif ala bilərsiniz. Bəzi Əkizlər öz hobbilərini gəlir mənbəyinə çevirəcəklər.
Xərçəng - tamamilə maraq dairənizdən kənar işlərə vaxt sərf edirsinizsə, nailiyyət qazanacağınıza ümid etməyin: nəticələr həddən artıq zəif və sönük olacaq.
Həmfikirlərlə ünsiyyət üçün yaxşı gündür. Dostlar və qohumlarla heç də həmişə ortaq məxrəcə gəlmək olmur. Bu gün müştərək bir işə başlayacaqsınızsa, o zaman əvvəlcədən başçının kim olacağını təyin etmək lazımdır.
Şir - kommersiya baxımından əla gündür. Bağladığınız sövdələr böyük gəlir vəd edir, gözləmədiyiniz yerdən də iri məbləğdə pul ala bilərsiniz. Peşəkar nüfuzunuz artır. Sizin rəyinizi daha yüksək vəzifə tutan insanlar da dinləyirlər.
Səfərlər və səyahətlər üçün münasib gündür - həm iş məsələlərini həll edə, həm də əylənə bilərsiniz. Sizi intuisiyanız idarə edir və çox hallarda o haqlıdır. Günün ikinci yarısı həm dostlarla, həm də sevgilinizlə görüş üçün əladır.
Qız - işgüzar ünsiyyət üçün əla gündür: görüşlər məhz siz istəyən kimi keçir. Yeni layihələr üzərində işə başlamaq olar, uğuru çox gözləmək lazım gəlməyəcək. İş yerini dəyişmək, yeni vəzifə başına keçmək üçün uğurlu gündür. İşdə məhəbbət macərasının başlanması da mümkündür.
Yaradıcılığa maraq artır. Teatra, konsertə, sərgi salonuna gedin. Yaradıcı potensialınız yüksək olsa da, bunu haraya yönəltməyi bəzən bilmirsiniz. Yaşlı qohumların məsləhəti yerinə düşəcək.
Tərəzi - ünsiyyət üçün xoş gündür, xeyli görüş və söhbət gözlənilir. Təəssüf ki, xoşəgəlməz insanlarla da görüş qaçılmazdır, amma siz pis təsir altına düşməyəcək, özünüzü idarə etməyə imkan verməyəcəksiniz. Dediyinizin üstündə durun, amma kimsənin sizi qəddarlıqda və aqressivlikdə günahlandırmasına şərait yaratmayın.
Yaxınlarınızla nəzakətli olun, sərt iradlardan, başqalarını incidəcək zarafatlardan çəkinin. Əzizlərinizlə aranızda fikir ayrılıqları yaranır, ancaq bir qədər özünüzə əziyyət versəniz, ailədə sakitliyi qoruyub saxlaya bilərsiniz.
Əqrəb - gün sakit keçir. Tələsmədən, vurnuxmadan problemləri bir-bir həll edir, başqalarına nümunə göstərirsiniz. Peşəkar mövqelərinizi möhkəmləndirə, yeni tərəfdaşlar tapa bilərsiniz. Tanışlıqlar hər cəhətdən faydalıdır. Maraqlı iş təklifləri almağınız mümkündür.
Pul da ala bilərsiniz: lazımi vaxtda lazımi yerdə ola bilsəniz, onun qədəri xeyli çox ola bilər. Şəxsi problemlərin həllinə tez nail olacaqsınız, çünki emosiyalara qapılmayaraq sağlam düşüncəyə arxalanırsınız.
Oxatan - enerji və gücünüzün artdığını hiss edirsiniz. Özünüzə inamınız çoxalır. Bir qədər əvvəl mümkünsüz görünən bəzi planlarınızı gerçəkləşdirməyə nail olursunuz. Əvvəllər dil tapa bilmədiyiniz insanlar da sizə yardım edirlər. Rəhbərliklə, nüfuzlu şəxslərlə münasibətləriniz yaxşılaşır.
Sahibkarlıq fəaliyyəti, biznesdə istənilən başlanğıc üçün əla gündür. Əgər özünüzü itirməyib vaxtında təşəbbüs göstərsəniz, sevgidə də bəxtiniz gətirəcək. İri alış-veriş, bədxərclik məsləhət deyil.
Oğlaq - qətiyyətli, enerjilisiniz, sözü üzə deyirsiniz - bu, böyük uğur vəd etsə də, ətrafınızdakılarla münasibətlərinizi ciddi surətdə korlaya bilər. Tənqidi iradlardan çəkinin.
İdman və aktiv istirahət etməyə çalışın. Səfərlər pis keçməyəcək. Vacib görüşləri günün ikinci yarısına təyin edin: bu dövr sizinçün ən münasib vaxtdır. Yaxın adamınız xoş sürprizlə sizi sevindirəcək.
Dolça - səliqə və ciddilik tələb edən xırda işlərlə məşğul olun. Vaxtınızı düzgün bölüşdürür, gücünüzü lazım olmayan işlərə sərf etmirsiniz. Alış-veriş uğurlu olacaq. Yarımçıq qalmış bəzi məsələləri həll etməyiniz tələb oluna bilər.
Dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət, sənədlərin hazırlanması rahat olacaq. Axşam dostlarla, yaxud sevgilinizlə görüş təyin edə bilərsiniz. Evə yaxın olmağa çalışın, planlaşdırılmamış səfərlərdən imtina edin.
Balıqlar - yaradıcı potensialınız çox yüksəkdir. Onun sayəsində boz bir günü qeyri-adi və unudulmaz edə biləcəksiniz. Planlarınızı gerçəkləşdirə biləcəksiniz. Bunlardan azacıq kənara çıxmağınızın da sizə yalnız xeyri dəyəcək. Elm və ictimai fəaliyyətlə məşğul olanlar üçün gün çox uğurludur.
Pul ala bilərsiniz. Onları düzgün idarə edirsiniz: perspektivli layihələrə yatırır, uğurlu alış-veriş edirsiniz
XƏBƏR LENTİ
Yer üçün təhlükə: sentyabrın 1-də...
Məşhur aktrisa fərqli obrazda dönür - FOTO
Azərbaycanın qədim şəhərinin əks-sədası İspaniyada
Bakının bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
Azərbaycanda erkən nikahlarla bağlı son 14 ilin statistikası
Qayınana da anadır, gəlin də...
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Mini alman piroqu
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
HAVA necə olacaq?
Albalı limonad (foto resept)
Türkiyədən həcc ziyarəti ilə bağlı şok təklif
Dəbli boyunbağılar
Quru saçlar üçün baxım
24 mindən çox sorğu blankı elektronlaşdırılıb
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Bakıdakı bahalı avtomobil dayanacaqları
Azərbaycanda əhalinin sayı nə qədərdir?
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Qarabağdan danışdılar
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Pensiyaların verilməsinə başlanılır
Mənim əl işlərim
Hər ay bir şəhzadəyə çevrildi
Azərbaycanda sümük müalicəsi sahəsində yenilik
Ziyafət geyim modelləri
Bakı 2015-ə Latın Amerikasında da baxacaqlar
"Evə optika" layihəsinin başlanma tarixi açıqlandı
Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında
Yaponlar virtual valyuta buraxdılar
Yaponlar tərcüməçi eynək hazırladılar
Bulqurlu yaz salatı (foto-resept)
Hər kəsi aldadıblar - FOTO
Ronaldunun 10 milyonluq avtomobili - FOTO
Bütün ilboyu yay
Zəlzələ binalara ziyan vurdu
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Qar Avropa və Amerikanı ağuşuna alıb
Aleyna Tilki dava saldı-VİDEO
Maraqlı və lazımlı məsləhətlər (1)
"Gəlin barmağı" tortu (foto resept)
Sabahın HAVAsı
Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Hesabat”ın qonağı olub
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Yağışdan da elektrik alınacaq
Dərdin ən böyük dərmanı - təsəlli
Dəri pencəklər
- ŞƏRHLƏR