Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin avqustun 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Avqustun 11-də güclü şimal-qərb küləyinin axşam bir qədər mülayimləşəcəyi gözlənilir. 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.
Sonrakı günlərdə şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq, 3-8 m/s, arabir 10-12 m/s. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23° isti, gündüz 24-27° isti, sonrakı günlərdə 28-31° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də arabir güclənən şimal-qərb küləyi sonrakı günlərdə zəif şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-35° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək, sonrakı iki gündə mülayim şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 16-21° isti, bayram günlərində 25°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında avqustun 11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 12-13-də gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi 11-də ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, 11-də gündüz 22-27° isti, sonrakı günlərdə 30°-dək isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında avqsutun 11-i və 13-də səhər və gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Avqustun 11-də arabir güclənən şərq küləyi sonrakı günlərdə zəifləyəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti, sonrakı günlərdə 33°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 19-24° isti təşkil edəcək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məktəblilərin yay tətili ləğv olunacaq? (RƏSMİ AÇIQLAMA)
Ramazan ayının 20-ci gününün duası
Yeni doğulmuş körpələrə necə qulluq etməli (I hissə)
Sabahın HAVAsı
Havaların şaxtalı keçməsi onların işini asanlaşdırıb
Qara rəngli donlar (1)
Aksessuarlar
Gavalılı-almalı tart (foto resept)
Sarkisyan Vyana görüşündə öhdəlik götürüb?
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
TƏBİB: “Qoruyucu maskalar həyat tərzimizə çevrilməlidir” - VİDEO
Aleyna Tilkinin adı AYRILIQ xəbərlərində hallanır
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
Qadın xoşbəxtliyinin geni tapılıb
Gündəlik yemək - 5 səhv
Tarixdə bu gün
Bakıda qatı dumanın SƏBƏBLƏRİ
Bakıda illik inflyasiya səngidi
Azərbaycan ordusu Bərdənin qisasını aldı - VİDEO
Filmlərin dublyajından razısınız?
WhatsApp-da daha bir yenilik
Məşhur aktyor reklamdan 1,2 milyon qazandı
Nikah kağızı yoxdursa...
Üz üçün maskalar
Ən qeyri-adi geyimlər
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub
Barselonada işıqlı kublu otel - FOTO
30 yaş böhranı
Saç düzləşdirilməsinin üsulları (1)
İdil və Mertin toyundan FOTOLAR
Azərbaycanda tibb təhsilli bəzi şəxslər üçün təyinat sistemi bərpa edilib
“Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata oldu - VİDEO
eBay-da satılan 9 bahalı məhsul
Milli toy ənənələrimiz
Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Nokia Lumia 1320 satışa çıxarılır
Təhlükəli asteroidlər Yerə yaxınlaşır - Dekabrın 25-də... - VİDEO
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı
Cəhənnəmdən çıxanlar
Cəbhədə qızğın atışma
Xüsusi günlər üçün gözəllik baxımı
Azərbaycanda yeni televiziya yaradıldı
"Qarabağ" tarix yazdı
Qadın öz bacısını dünyaya gətirdi
7 qol vurulan oyunda "Neftçi" qazandı
İman edən alimlər-3
Dünyanın ən gözəl göbələkləri
Rusiyaya gedənlərə ŞAD XƏBƏR