Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.
Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.
Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən, Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.
Əziz bacı və qardaşlarım!
Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin".
Qurban bayramınız mübarək olsun!
XƏBƏR LENTİ
Kıvanç Tatlıtuğ Balidə dincəlir - FOTO
“Çukur”da yeni aktyor
Həyat bizi öyrətdi
Dubay metrosunda robotlar xidmət göstərəcək
Tanınmış aktrisamız vəfat etdi
Hakerlər 2 milyon nəfər sosial şəbəkə istifadəçisinin şifrələrini oğurladı
Bu ərazidə iki gün işıq olmayacaq
Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi - VİDEO
İnsan beyni haqqında bilinməyənlər
Qarpızı yeməzdən öncə mütləq sabunla YUYUN, YOXSA...
İdman edən pişik hər kəsin diqqətini çəkdi-VİDEO
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
Körpəyə oyuncaq seçmək
Kiçik vanna otaqları necə dekorasiya edilir
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
Azərbaycan ordusunun giziri şəhid oldu
İsraildə yaşayan alimimiz vəfat edib
Bayram sonrası pəhriz menyusu
TQDK vaxtı uzatdı
5 real həyat tarixçəsi
Evlər söküləcək, yerində yol salınacaq
Disney qəhrəmanlarının real həyatda oxşarları
Uşaq azərbaycanlı qadını niyə davakar edir?
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi - VİDEO
Bonding nədir?
Atışma başladı
Bürclərə görə çimərlik geyimləri
Emin Ağalarov 3 milyonluq brend yaratdı
Fantastik şəkillər
Bürclərin qorxuları
Həyata sarıl
Müəllimlərə əməkhaqqı yeni qayda ilə veriləcək
Eynək istehsalı dayandırılır
Zövqlü xanımlar üçün ayaqqabılar
82 yaşında birinci sinfə gedir - FOTO
Şəkiyə güclü qar yağıb
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Ən təhlükəli "selfie"-lər
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?
Kababla göyərtinin "davası": hansı yaxşıdır?
Unikal əməliyyat: qoz ağacının xilası
Günün ulduz falı
Nostradamusdan daha az məşhur Azimov
Məhbuslara niyə məzuniyyət hüququ verilmir?
Ermənilərin Türkiyə qorxusu
Təhsil Nazirliyindən valideynlərə müraciət
Ahmet Kural Sılnın böhtanından danışdı-MÜSAHİBƏ